Gündəm

Media nümayəndələri “TurAz Qartalı - 2017” təlimlərini izləyib

26 Sentyabr 2017 17:40

“TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin kütləvi informasiya vasitələrində işıqlandırılması, həmçinin gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və hərbi xidmətə həvəsləndirilməsi məqsədilə yerli və xarici media nümayəndələri və bir qrup məktəblinin sentyabrın 26-da təlim keçirilən əraziyə səfəri təşkil edilib.

Dünya Turizm Günü ilə bağlı tədbirlər keçiriləcək

26 Sentyabr 2017 17:37

27 sentyabr - Dünya Turizm Günü ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı sərəncama əsasən, əlamətdar tarix Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib. Dünya Turizm Günü və ölkəmizin turizm işçilərinin peşə bayramı münasibətilə bu il də çeşidli tədbirlər nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sentyabrın 27-də mətbuat nümayəndələri üçün brifinq və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və nazirliyin Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə konsert proqramı təqdim olunacaq.

Azərbaycan Beynəlxalq Qastronomiya festivalında təmsil olunub

26 Sentyabr 2017 17:38

Azərbaycanın Dostları Assosiasiyası və Azərbaycan Evinin təşkilatçılığı ilə Parisdə "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə Azərbaycan da təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Fransa paytaxtında keçirilən bu genişmiqyaslı tədbirdə 40-dan çox ölkə iştirak edib. Şəhərciyin məqsədi Fransada, xüsusilə Parisdə - müxtəlif millətlərin coxluq təşkil etdiyi bir şəhərdə tolerantlıq və multikulturalizmin daha da möhkəmlənməsi, xalqlar arasında mədəni irs mübadiləsinin genişlənməsinə xidmət etməkdir. Şəhərciyin açılışında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Paris meriyasının nümayəndələri, müxtəlif kulinariya assosiasiyaları, məşhur aşpazlar, eləcə də iştirakçı ölkələrin səfirləri və rəsmi nümayəndələri iştirak edib.

İspaniya konsulluğu təxliyə olundu - Yenə "bomba"

26 Sentyabr 2017 17:29

Rusiyada bomba qoyulması ilə bağlı anonim zənglər dalğası xarici diplomatik missiyalara da toxunub. Bu gün Moskvada İspaniya konsulluğuna bomba qoyulması ilə bağlı anonim zəng daxil olub. Zəngdən sonra binadan 30 əməkdaş təxliyə edilib. Təxliyədən sonra konsulluq ərazisində axtarışlar başlayıb.

Şəhidimizin oğlu dünyaya gəldi - Oğlu onun adını daşıyacaq

26 Sentyabr 2017 17:26

Bu il fevral döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Tural Haşımlının oğlu dünyaya gəlib. Bu barədə məlumat şəbəkədə paylaşılıb. 

ATƏT-in xüsusi nümayəndəsi: "Status-kvonun davam etməsinə razı ola bilmərik"

26 Sentyabr 2017 17:23

ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti bu gün Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə görüşüb.  Milli Məclisdən verilən məlumata görə, görüşdə B.Muradova bildirib ki, ATƏT-ə üzv ölkələrin parlament nümayəndələri ilə neçə illər ərzindəki fəaliyyəti nəticəsində Azərbaycan ATƏT regionunda üzləşdiyi problemləri, çətinlikləri aradan qaldırmaq istiqamətində çox ciddi əməkdaşlıq təcrübəsinə malikdir.

London metrosunda terror həyacanı – Sərnişinlər təxliyə olundu

26 Sentyabr 2017 16:55

London metrosunda partlayış baş verib. “Olaylar” “Milliyet” - ə istinadən bildirir ki, Tower Hill metro stansiyasında bir çantadan çıxan duman insanlara qorxu dolu anlar yaşadıb. Verilən məlumata görə  stansiyadakı sərnişinlər təxliyə olunub. Hadisənin terror aktı ola biləcəyi ehtimal olunur.

Yük maşını üç mikroavtobusla toqquşdu: 12 ölü - Çində

26 Sentyabr 2017 16:51

Çinin Henan əyalətində yük maşınının üç mikroavtobusla toqquşub.  Qəza nəticəsində 12 nəfərin həlak olması, 11 nəfərin xəsarət alması barədə xəbər yayılıb. Məlumata görə, yüksək sürətlə hərəkət edən yük maşını şosedə əks istiqamətə çıxıb və mikrovatobuslarla toqquşub. 

Dünyanın ən böyük alması SATILDI

26 Sentyabr 2017 16:47

Britaniyaya məxsus zərgərlik Graff Diamonds şirkəti109 karatlıq tennis topu həcmində olan dünyanın ən böyük almasını 53 milyon dollar qarşılığında satılıb. “Olaylar” bildirir ki, almas keçən il Londonda 70 milyon dollar dəyərində hərraca çıxarılsa da, satılmamışdı.

Biz birlikdə hər çətinliyə qalib gələrik

26 Sentyabr 2017 16:46

Sentyabrın 28 – də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası üçün “İnternyus Azərbaycan” İctimai Birliyi ilə birgə “Sehrli dünya” adlı tamaşa-konsert təqdim edəcək. Teatrdan Olaylar – a bildirilib ki, tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində reallaşacaq.

“Azərsu” AzMİU ilə əməkdaşlıq edir

26 Sentyabr 2017 16:44

 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti  (AzMİU) arasında imzalanmış “Təhsil, elm və təlim-tədris sahəsində əməkdaşlığa dair” Memoranduma uyğun olaraq Səhmdar Cəmiyyətin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunda (ETLİ)  AzMİU-nun “Mühəndis sistem və qurğularının tikintisi” kafedrasının filialı fəaliyyətə başlayıb. 

“Türk dünyasının Kıbrısı” kitabının təqdimatı keçiriləcək  

26 Sentyabr 2017 16:45

Sentyabrın 28-də Bakıda “Türk dünyasının Kıbrısı” adlı kitabın təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyindən daxil olub. Bildirilib ki, azərbaycanlı jurnalist Afət Sadıqoğlunun müəllifi olduğu kitabın təqdimat mərasimində Kuzey Kıbrısın milli təhsil və mədəniyyət naziri Özdəmir Berova da iştirak edəcək.

Pensiya təyinatı prosesində iştirak edən əməkdaşlara bu sahədə aparılmış dəyişikliklərlə bağlı  izahatlar verilib

26 Sentyabr 2017 16:42

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı yerli qurumlarının pensiya sektorlarınun əməkdaşları üçün izahat işlərini Yevlax, Mingəçevir, Bərdə, Ağcabədi, Laçın, Ağdam, Tərtər və Ağdaş rayon şöbələrinin əməkdaşlarının iştirakı ilə davam etdirib.

İranda minlərlə kürd küçələrə çıxdı- VİDEO

26 Sentyabr 2017 16:38

İranda minlərlə kürd Sənəndəc, Mahabad və başqa şəhərlərin küçələrində Kürdüstanın müstəqilliyinə dəstək olaraq kütləvi aksiyalar keçirir. İran politoloqu Qadir Qolkarian virtualaz.org-a bildirib ki, aksiyalar hər hansı qeyri-adi hadisə baş vermədən keçir. İran hökuməti, separatizmdən ehtiyat edərək, artıq elan edib ki, referendumun nəticələrini və Kürdüstanın müstəqilliyini tanımır.