Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçdi

Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubileyində Bakıya gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçdi.

Bu, Formula 1-in paytaxt Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Xatırladaq ki, xarici qonaqların ötən ilki sayı 14 min olmuşdur.

Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.

10-cu yubiley Qran-Prisi həm rekord sayda xarici qonağı Bakıya gətirib, həm də dünyanın hər yerindən azarkeşlərin diqqətini Azərbaycan paytaxtına yönəldib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31