Gündəm

Məşhur aparıcı haqqında ŞOK İDDİA - İş adamını şantaj etdi

26 Sentyabr 2017 18:40

Aparıcı Neşe Sapmaz təcavüzdə ittiham etdiyi iş adamı Ümit Arıkan haqqındakı şikayətini geri götürüb. Ancaq bu dəfə Arıkan gözəl aparıcının ondan şantajla 1 milyon TL istədiyini iddia edərək prokurorluğa müraciət edib.

İnsanların xoşbəxt olduğu 10 şəhər

26 Sentyabr 2017 18:35

Böyük Britaniyanın "Zipjet" şirkəti növbəti dəfə "İnsanların ən az stressə məruz qaldığı şəhərlər" reytinqini açıqlayıb. Reytinq tərtib olunan zaman əmək haqları, işsizlik səviyyəsi, nəqliyyat qiymətləri, psixi sağlamlıq problemləri, cinayətkarlığın səviyyəsi və günəşli günlərin sayı kimi amillər nəzərə alınıb.

"Koştanı heç vaxt rəqib kimi görməyəcəm"

26 Sentyabr 2017 18:25

"Çelsi"nin yarımmüdafiəçisi Fransesk Fabreqas sabiq komanda yoldaşı Diyeqo Koşta barədə danışıb. İspaniyalı havbek bunları deyib: "Bu məsələdə ən çox Koştaya görə heyfislənirəm.

“Ronaldo və Messiyə yaxınlaşıram”

26 Sentyabr 2017 18:20

"Tottenhem"in hücumçusu Harri Keyn maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Cari mövsümə yaxşı başlayan 24 yaşlı futbolçu özünüKriştianu Ronaldo və Lionel Messi ilə müqayisə edib. "The Telegraph" nəşrinə danışan Keyn onların səviyyəsinə çatmaq istədiyini bildirib: "Mən Ronaldo və Messinin uğurlarından ilhamlanıram. Müasir dövrdə sosial şəbəkələrdə azarkeşlərin fikirlərindən qorunmaq çətindi. İnsanlar hesab edirlər ki, dünyanın ən yaxşı futbolçularından biri olmağa hazıram.

Rusiya "Facebook"a qadağa qoya bilər

26 Sentyabr 2017 18:15

Əgər "Facebook" Rusiyada qüvvədə olan şəxsi məlumatların lokallaşdırılması barədə qanunun tələblərini yerinə yetirməzsə, 2018-ci ildən etibarən onun bu ölkədəki fəaliyyətinə xitam veriləcək. Bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Federal Xidmətinin rəhbəri Aleksandr Jarov bildirib.

"Azərbaycana qalib gələ bilsək..."

26 Sentyabr 2017 18:13

"Dünya çempionatının final mərhələsinə yüksəlmək şansımız qalmayıb. Buna baxmayaraq, seçmə mərhələnin son görüşlərində özümüzü yaxşı tərəfdən göstərmək istəyirik". Bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib. Çexlər DÇ-2018-in seçmə mərhələsində sonuncu matçlarını Azərbaycan və San Marino yığmalarına qarşı keçirəcəklər.  

Prezident İlham Əliyev Tofiq Sarıcalinskini ordenlə təltif edib

26 Sentyabr 2017 18:03

Prezident İlham Əliyev T.Q. Sarıcalinskinin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

Musiqi Mədəniyyəti Muzeyinin direktoru və əməkdaşları təltif edildi

26 Sentyabr 2017 18:02

Prezident İlham Əliyev Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarına "Əməkdar artist" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev turizmin inkişafında xidmətləri olan şəxsləri təltif etdi

26 Sentyabr 2017 18:01

Prezident İlham Əliyev Azərbaycan Respublikasında turizmin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında  sərəncam imzalayıb.

Prezident İlham Əliyev Salyana 6,5 milyon manat ayırdı

26 Sentyabr 2017 17:57

Prezident İlham Əliyev Salyan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Salyan rayonunda əsas kapitala yönəldilmiş vəsait 44,2 dəfə, tikinti quraşdırma işlərinin həcmi 79,2 dəfə artmış, bir sıra mühüm sosialyönümlü infrastruktur layihələri həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı və Bayraq Muzeyi Kompleksi, Uşaq Texniki Yaradıcılıq Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, təhsil ocaqları və digər obyektlər istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, 48 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 17 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Azər Xəlilov: ““ATV Səhər” və “Yoxlama” verilişləri bağlanıb, üç nəfər işdən çıxmaq üçün müraciət edib"

26 Sentyabr 2017 17:55

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov telekanalın əməkdaşının kütləvi şəkildə işdən çıxarılması barədə yayılan məlumatlara münasibət bildirib.

ABŞ-da nüvə zərbəsi üzrə məxfi sənəd AÇIQLANDI

26 Sentyabr 2017 17:52

ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən mümkün nüvə zərbəsi üzrə iş planını hazırlayıb. Bu haqda anonim mənbəyə istinadən “The Daily Express” nəşri bildirib. 

Çində insanların bir-birini yeməsinə səbəb olan 26 SENTYABR QƏRARI - Dəhşətli FAKT

26 Sentyabr 2017 17:50

1958-ci ildə, sentyabrın 26-da Çin lideri Mao Tzedun bütün sərçələri məhv etməyi əmr etdi. Səbəb bu idi ki, onlar həddən artıq çox dən yeyirdilər.

MTRŞ ATV-dəki dəyişikliklərə MÜNASİBƏT BİLDİRDİ

26 Sentyabr 2017 17:48

"Telekanalda baş vermiş kadr dəyişikliyi rəhbərliyin səlahiyyətində olan məsələdir. Milli Televiziya və radio Şurası telekanalların yaradıcı işinə qarışmır".   

Sabah muzeylərə giriş pulsuz olacaq

26 Sentyabr 2017 17:43

27 sentyabr - Dünya Turizm Günü ilə əlaqədar sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan bütün tarix və mədəniyyət abidələrinə, muzeylərə giriş ödənişsiz olacaq.