Prezident İlham Əliyev turizmin inkişafında xidmətləri olan şəxsləri təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasında turizmin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
26 Sentyabr 2017 18:01 SiyasətPrezident İlham Əliyev Azərbaycan Respublikasında turizmin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə
Qılıncov Bəxtiyar Vaqif oğlu
"Tərəqqi" medalı ilə
Ağakərimov Müzəffər Mehdi oğlu
Əliyev Zakir Haşım oğlu
Qədəşov Tahir Ərziman oğlu
Yusufov Rüfət Teymur oğlu.
AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31