Məşhur aparıcı haqqında ŞOK İDDİA - İş adamını şantaj etdi
Aparıcı Neşe Sapmaz təcavüzdə ittiham etdiyi iş adamı Ümit Arıkan haqqındakı şikayətini geri götürüb. Ancaq bu dəfə Arıkan gözəl aparıcının ondan şantajla 1 milyon TL istədiyini iddia edərək prokurorluğa müraciət edib.
26 Sentyabr 2017 18:40 DünyaAparıcı Neşe Sapmaz təcavüzdə ittiham etdiyi iş adamı Ümit Arıkan haqqındakı şikayətini geri götürüb. Ancaq bu dəfə Arıkan gözəl aparıcının ondan şantajla 1 milyon TL istədiyini iddia edərək prokurorluğa müraciət edib. Aparıcı iş təklifi bahanəsiylə telefon nömrəsini aldıqdan sonra iş adamının ona intim mesajlar yazdığı iddiası ilə şikayətçi olmuşdu. İstanbul Baş Prokurorluğu "Mesajları səhvən ona göndərmişəm" deyərək özünü müdafiə edən Arıkan haqqında cinsi təcavüz cinayət əməlinə görə 4.5 il həbs istəyiylə proses başlatmışdı. Neşe Sapmaz Arıkanın intim məzmunlu mesajlarından sonra psixologiyasının pozulduğunu söyləmişdi.
Lakin Sapmaz yaxın günlərdə gözlənilməz halda Arıkan haqqındakı şikayətini geri götürüb. Hakim də Sapmazın şikayətini geri götürməsindən sonra prosesin qüvvədən salınması barədə qərar verib. Beləcə, Arıkan bəraət almış olub.
Bu olay sonrası Arıkan prokurorluğa müraciət edərək Neşe Sapmazın şikayətini geri götürmək üçün ondan 1 milyon lirə istədiyini bildirib. Arıkan "Məndən şantaj yoluyla pul almağa çalışan Sapmazdan şikayətçiyəm" deyib. İş adamının şikayətindən sonra Sapmaz haqqında istintaq başlayıb. Məşhur aparıcının Arıkanı şantaj edib-etmədiyi araşdırılır.Milli.az Sabah-a istinadən xəbər verir.