Prezident İlham Əliyev Tofiq Sarıcalinskini ordenlə təltif edib
Prezident İlham Əliyev T.Q. Sarıcalinskinin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
26 Sentyabr 2017 18:03 SiyasətPrezident İlham Əliyev T.Q. Sarıcalinskinin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Tofiq Qiyas oğlu Sarıcalinski 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin. AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31