Gündəm
ATV-də olay kimi görüntülər: Turan İlham Əliyevi Qəddafiyə bənzətdi
ATV kanalındakı funksional dəyişikliklərin pərdəarxası sirri saatlar sonra ortaya çıxıb. ATV səhər proqramının aparıcısı Turan İbrahimov efirdə ciddi siyasi səhvə yol verib. Fundamentini şou-biznes leksikonu təşkil edən aparıcıya siyasi dərinliklərə və çalarlara boy tutmaq imkanını yaradan rəhbərlik də “payı”nı alıb. Belə ki, canlı efirin imkanlarından yararlanan aprıcı etdiyi səhvlərə və dəfələrlə canlı efir imkanının qapadılmasına baxmayaraq, növbəti “quş”u uçurdub.
“Instagram” şəbəkəsinin aylıq auditoriyası 800 milyonu ötüb
Hazırda “Instagram” sosial şəbəkəsinə hər ay 800 milyondan çox insan daxil olur, xidmətin gündəlik auditoriyası isə 500 milyonu ötüb. Bu haqda 25 sentyabrda keçirilmiş “Advertising Week” tədbirində “Facebook”un marketinq həlləri üzrə vitse-prezidenti Kerolin Everson məlumat verib. Şirkətin mətbuat xidməti bu informasiyanı təsdiq edib.
“Huawei” və “Intel” şirkətləri “5G” texnologiyaları üzərində səylərini birləşdirir
Çinin "Huawei" telekommunikasiya avadanlığı istehsalçısı və ABŞ-ın "Intel" mikroprosessor tərtibatçısı arasında beşinci nəsil mobil rabitə şəbəkəsi (5G - LTE) üçün texnologiyaların inkişafına yönələn tərəfdaşlıq haqqında saziş imzalanıb.
Ən bahalı brendlər reytinqi açıqlanıb
“Apple” şirkəti ardıcıl beşinci dəfə dünyanın ən bahalı brendi seçilib. Bu barədə “Interbrand” agentliyinin tədqiqatında deyilir.
Avtonom uçan taksinin sınaqları keçirilib
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində pilotsuz uçan taksinin sınaq uçuşu keçirilib. “ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, Almaniya konstruktorları tərəfindən ərsəyə gətirilən nəqliyyat vasitəsi prototipi sərnişinlərin avtonom rejimdə çatdırılmasını təmin edəcək. Havada 30 dəqiqə qalan aparatın maksimal sürəti saatda 100 km təşkil edir.
Yeni nəsil sualtı rabitə kabeli istismara verilib
Yüzlərlə sualtı rabitə kabeli Antarktidadan başqa planetin bütün qitələrini bir-biri ilə birləşdirir. Məhz bu kabellər serverlərdən böyük həcmli məlumatların dünyanın müxtəlif yerlərində yaşayan istifadəçilərin evlərinə fasiləsiz ötürülməsini təmin edir. İndiyədək Şimali Amerika ilə Avropanı birləşdirən "Appolo" ən güclü sualtı kabel sistemi hesab edilirdi. Ancaq indi “Microsoft” və “Facebook” şirkətləri tamamilə yeni nəsil sualtı rabitə kabelini istismara veriblər.
Totti Bakıya gələcək
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"ın qonağı olacaq "Roma" bu gün Bakıya gəlir. Paytaxtımıza yollanan heyətdə Françesko Totti olmayacaq.
“İPhone X” satışa buraxılmayacaq
Məşhur texnologiya şirkəti “Apple”in ən son məhsulu olan “İPhone X” telefonu təyin edilən vaxtda satışa buraxılmayacaq. Buna səbəb məhsulun istehsalında yaranan və bitib-tükənmək bilməyən problemlərdir. 27 sentyabrda ilk sifarişə açıq elan ediləcək məhsulun 3 oktyabrda rəflərə buraxılacağı bildirilmişdi. Lakin məhsul bu tarixdə də satışa çıxarılmaya bilər.
15 il komada qalmışdı... - TİBDƏ İNANILMAZ UĞUR
Fransada 15 ildən artıq koma vəziyyətində yatan adam yenidən həyata dönüb. "Current Biology" jurnalında dərc edilən məqalə dünya mediasını, eləcə də Dünya Səhiyyə Təşkilatını şoka salıb. Fransalı alimlər sübut edib ki, sinir siteminin stimulyasiyası nəticəsində beyin ölümü gerçəkləşmiş və faktiki ölü hesab olunan insanı yenidən həyata qaytarmaq olar. Hətta bu proses ən mümkünsüz hesab olunan vəziyyətdə belə özünü doğruldub.
Arslan Vəliyev arvadına görə canlı yayımda özünü öldürdü
Rusiyada intihar hadisəsi qeydə alınıb. Sankt-Peterburqdan olan 31 yaşlı kişi sosial şəbəkənin canlı yayımında intihar edib. Arslan Vəliyev intihar edərkən bəslədiyi ilandan istifadə edib. Belə ki, o, mambaya onu sancmasına imkan yaradıb (zəhərli Afrika ilanı). O, bunu ailəsi dağıldığı üçün edib. Belə ki, Arslan özünə qəsd etməzdən öncə sosial şəbəkədə izləyicilərinə həyat yoldaşı Yekaterina Pyatyzhkinaya zəng etmələri barədə yalvarıb. Videoda onun öldüyü anlar düşməsə də, ilanın onu dişlədiyi anları izləyicilər görüblər.
Kompüter oyunları üçün ən güclü prosessor təqdim edilib
"Intel" şirkəti kompüterlər üçün nəzərdə tutulmuş 8-ci nəsil yeni "Core" prosessorlarını təqdim edib. Ən məhsuldar modellərdən biri və ən güclü oyun çipi adlandırılan "Intel Core i7-8700K" prosessoru 6 nüvə və 12 hesablama axınına malikdir.
Alonso gələcəyi ilə bağlı qərarını açıqladı
Futbol üzrə İspaniya yığma komandasının sabiq yarımmüdafiəçisi Xabi Alonso məşqçi olmaq qərarına gəlib. Bu barədə o, "Instagram" səhifəsində məlumat yazıb: "Futbolda 17 ilim keçib və indi öz gələcəyimi müəyyənləşdirmişəm, mən məşqçi olmaq qərarına gəldim. Təfərrüatlar sonra olacaq".
"Amerikada pasportumu ermənilər oğurladı"
Qardaşım Amerikada yaşayır, onun yanına getdim. Frankfurtda bomba təhlükəsi elan olundu. Artıq təyyarəyə keçəndə polislər qaça-qaça gəlib bizi apardılar. Bir çox şəhər gəzdim.
Ölümü ilə 7 nəfərə həyat verdi
Türkiyənin Gönən mahalında motosikleti ilə qəzaya düşən 30 yaşlı Caner Öner ölümü ilə 7 nəfərin həyatını xilas edib. Ötən gün şəxsi motosikleti ilə qəza keçirən Caner Bandırma Dövlət Xəstəxanasına aparılsa da, günorta saatlarında beyin ölümü keçirib.
Ayşən Abduləzimova: "Əsas məqsədimiz medal qazanmaqdır"
"Almaniya yığması, eləcə də Macarıstan və Polşa komandaları üzərində qələbə bizim üçün gözlənilən idi. Çünki üç ay ərzində gərgin məşqlər edir, çox ciddi hazırlaşırdıq. Avropa çempionatının qrup mərhələsinin axırıncı oyunlarında maksimum nəticə göstərdik". Məlumata görə, bu sözləri qadın voleybolçular arasında Avropa çempionatının qrup mərhələsində Almaniya yığması ilə matçdan sonra Azərbaycan milli komandasının üzvü Ayşən Abduləzimova deyib.














