Ölümü ilə 7 nəfərə həyat verdi

Türkiyənin Gönən mahalında motosikleti ilə qəzaya düşən 30 yaşlı Caner Öner ölümü ilə 7 nəfərin həyatını xilas edib. Ötən gün şəxsi motosikleti ilə qəza keçirən Caner Bandırma Dövlət Xəstəxanasına aparılsa da, günorta saatlarında beyin ölümü keçirib.

Lakin ailəsinin razılığı ilə əməliyyat olunan Canerin ürəyi, ağciyəri, qaraciyəri, iki böyrəyi çıxarılaraq, transplantasiya gözləyən xəstələrə ümid olub. Xəstəxanın baş həkim köməkçisi Ersin Atıcı açıqlamasında bildirib ki, 30 yaşlı gəncin ürəyi və ağciyəri təyyarə ilə Ankara Türkiyə İxtisas Xəstəxanasına, qaraciyəri Bursa Uludağ Universitetinin Tibb fakültəsinə, iki böyrəyi isə Bursa Yüksək İxtisas Xəstəxanasına köçürülmə əməliyyatı üçün göndərilib. Sia.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31