ATV-də olay kimi görüntülər: Turan İlham Əliyevi Qəddafiyə bənzətdi
ATV kanalındakı funksional dəyişikliklərin pərdəarxası sirri saatlar sonra ortaya çıxıb. ATV səhər proqramının aparıcısı Turan İbrahimov efirdə ciddi siyasi səhvə yol verib. Fundamentini şou-biznes leksikonu təşkil edən aparıcıya siyasi dərinliklərə və çalarlara boy tutmaq imkanını yaradan rəhbərlik də “payı”nı alıb. Belə ki, canlı efirin imkanlarından yararlanan aprıcı etdiyi səhvlərə və dəfələrlə canlı efir imkanının qapadılmasına baxmayaraq, növbəti “quş”u uçurdub.
26 Sentyabr 2017 21:43 SosialATV kanalındakı funksional dəyişikliklərin pərdəarxası sirri saatlar sonra ortaya çıxıb. ATV səhər proqramının aparıcısı Turan İbrahimov efirdə ciddi siyasi səhvə yol verib. Fundamentini şou-biznes leksikonu təşkil edən aparıcıya siyasi dərinliklərə və çalarlara boy tutmaq imkanını yaradan rəhbərlik də "payı"nı alıb. Belə ki, canlı efirin imkanlarından yararlanan aprıcı etdiyi səhvlərə və dəfələrlə canlı efir imkanının qapadılmasına baxmayaraq, növbəti "quş"u uçurdub. Gözü ayağının altını və məsafələrini ölçüb-biçə bilməyən aparıcı özünü o qədər unudub ki, sətiraltı formada ölkə rəhbərini tənqid edib. Nitqinin "duz"unu artıran aparıcılığa iddialı şəxs prezidenti Qəddafi ilə müqayisə etməkdən çəkinməyib. A24.Az