Gündəm

Misir Milli Kitabxanasından Azərbaycana hədiyyə

27 Sentyabr 2017 09:42

Misir Milli Kitabxanasının və Arxivinin müdiri Əhməd Seyid Məhəmməd Şövki və bu ölkənin Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.  Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri, burada aparılan elmi araşdırmalar barədə qonaqlara məlumat verib. Azərbaycan-Misir əlaqələrinin əhəmiyyətini qeyd edən akademik T.Kərimli Əlyazmalar İnstitutu ilə Misir Milli Kitabxanası arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Şamaxıda zəlzələ

27 Sentyabr 2017 09:33

Bina çökdü

27 Sentyabr 2017 09:31

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı başa çatıb

27 Sentyabr 2017 09:28

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına sentyabrın 26-da yekun vurulub. Festivalın bağlanış mərasimində elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Gecədə Almaniyanın Münhen Akademik Orkestri çıxış edib. Gənc dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə gerçəkləşən konsertin solisti Xalq Artisti Murad Adıgözəlzadə olub. Konsertdə dahi bəstəkarın və bir sıra dünya bəstəkarlarının əsərlərinə müraciət edilib.

Səudiyyə kralı qadınlarla bağlı fərmanimzaladı - Qadağa götürüldü

27 Sentyabr 2017 09:24

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Saud qadınlara avtomobil idarə etməyə icazə verən fərman imzalayıb. Bu barədə Səudiyyə Ərəbistanı XİN-nin məlumatında bildirilir. “Kral fərmanı: Yol Hərəkəti Xidməti krallıq ərazisində qadınlara avtomobil idarə etməyə icazə verir”, – deyə məlumatda bildirilir.

"Qapı" - dan seçmələr...

27 Sentyabr 2017 09:22

Oktyabrın 1- də  saat 15:00 - 17:00 - dək BookZone kitab evində gənc yazar Hədiyyə Şəfaqətin "Qapı" adlı şeirlər kitabının təqdimatı olacaq. "Olaylar"  "Qapı" - da yer alan  bir neçə şeirləri oxuculara təqdim edir.

Ukraynada hərbi anbar partladı: 30 min adam...

27 Sentyabr 2017 09:16

Ukraynada, Vinnitsa vilayətində hərbi hissələrdən birinin silah anbarında partlayış baş verib. Kalinovka şəhərində yerləşən hərbi hissə anbarındakı partlayış barədə yerli vaxtla saat 21:50-də polis bölməsinə məlumat daxil olub. Ukrayna Milli Polisinin sədr əvəzi Vyaçeslav Abroskin Vinnitsa, Jitomir və Xmelnitski əyalətlərinin polislərini həyəcan siqnalı ilə olay yerinə cəlb edib. Bölmələrin fəaliyyətini əlaqələndirmək üçün özü də hadisə yerinə gedib.

“Türkiyə - Azərbaycan nəşriyyatçılığı” adlı simpozium keçiriləcək

27 Sentyabr 2017 09:14

Sentyabrın 28-də saat 15:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Türkiyə - Azərbaycan nəşriyyatçılığı” adlı simpoziumun açılış mərasimi keçiriləcək. “Olaylar” bildirir ki, açılış mərasimində səfirlik nümayəndələri, Türkiyənin və Azərbaycanın ədəbiyyat adamları, tanınmış alimlər, yayım evlərinin rəhbərləri, nəşriyyat müdirləri, media nümayəndələri və s. iştirak edəcək.

ATV-nin prezidentinin həbs xəbəri yayıldı - SON DƏQİQƏ

26 Sentyabr 2017 22:29

ATV telekanalının vitse-prezident Rauf Dadaşovun həbs ilə bağlı mediada xəbər yayılıb. Onun harada olduğu və hansı səbəbdən saxlanıldığı bilinmir. Faktla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa, məlumatın doğru olub-olmadığını araşdırmağa çalışırıq.  Qeyd edək ki, ATV-nin ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun aparıcısı oldğu "ATV Səhər"in yayımı yenidən dayandırılıb.

ATV-də işdən qovulan aparıcı Azər Zahid ölkəni tərk etdi

26 Sentyabr 2017 22:11

ATV telekanalında baş verən proseslərdən sonra aparıcı Azər Zahid də işdən çıxarılıb.  Telekanalın yeni prezidenti APA-ya açıqlamasında “Yoxlama” verilişinin fəaliyyətinin dayandırıldığını və Azər Zahidin xidmətlərinə heç bir ehtiyacı olmadığını bildirib.

Oxucular Alim Qasımovu “sufi-filosof-xanəndə” tandemində tanıyacaqlar

26 Sentyabr 2017 22:08

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan “Muğamın meracı” adlı kitab muğamsevərlərin və Alim Qasımov sənətinin vurğunlarının ixtiyarına verilib. Kitabın müəllifi Lətifəxanım Əliyevadır. Nazirlikdən  bildirilib ki, kitabda dünyaca məşhur muğam ifaçısı, Xalq Artisti Alim Qasımov haqqında respublikanın tanınmış şəxsiyyətlərinin müsahibələri toplanıb.

İndoneziya Prezidentinin xüsusi elçisi Masallı “ASAN həyat” kompleksi ilə tanış olub

26 Sentyabr 2017 22:02

İndoneziya Respublikası Prezidentinin Yaxın Şərq və İslam Əməkdaşlıq Təşkilatı ölkələri üzrə xüsusi elçisi Alvi Şihabın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir. "Olaylar" bildirir ki, səfərin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan brendi “ASAN xidmət” təcrübəsini öyrənmək və bu təcrübəni İndoneziyada tətbiq etmək məqsədi ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdir. Səfər çərçivəsində Alvi Şihabın rəhbərlik etdiyi nümayəndə heyəti Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov ilə görüşüb.

Ombudsmanlar prezidentə Nobel istədilər

26 Sentyabr 2017 21:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Nobel Sülh Mükafatı verilməlidir. Bu fikri İstanbulda İslam Əməkdaşlıq Təşkilatının və Aralıq Dənizi Ombudsmanlar Birliyinin təşkilatçılığı ilə keçirilən 50 ölkənin ombudsmanları və insan haqları təmsilçilərinin qatıldığı Beynəlxaq Ombudsmanlar Konfransının iştirakçıları dilə gətirib.

Muğam Mərkəzində tanınmış xanəndəyə həsr edilmiş ədəbi-bədii musiqili gecə

26 Sentyabr 2017 21:52

Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə Məmmədəli Əliyevə həsr edilmiş ədəbi-bədii musiqili gecə təşkil edilib. “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşən musiqili gecədə sənətkarın qəzəlləri səslənib, xidmətlərindən danışılıb.

MTRŞ sədri ATV-də baş verənlərə münasibət bildirdi

26 Sentyabr 2017 21:47

“ATV kanalı rəhbərliyində baş verən dəyişiklik bizim yox, təsisçilərin verdiyi qərardır. Bundan sonra ATV-nin necə fəaliyyət göstərəcəyini yeni rəhbərlik müəyyən edəcək. Bizim işimiz isə ölkənin televiziya mühitini təhlil etmək və verilişlərlə bağlı rəylərimizi verməkdir”. Bu sözləri MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu gün ATV rəhbərliyində baş verən dəyişikliklə bağlı deyib.