“Türkiyə - Azərbaycan nəşriyyatçılığı” adlı simpozium keçiriləcək
Sentyabrın 28-də saat 15:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Türkiyə - Azərbaycan nəşriyyatçılığı” adlı simpoziumun açılış mərasimi keçiriləcək. “Olaylar” bildirir ki, açılış mərasimində səfirlik nümayəndələri, Türkiyənin və Azərbaycanın ədəbiyyat adamları, tanınmış alimlər, yayım evlərinin rəhbərləri, nəşriyyat müdirləri, media nümayəndələri və s. iştirak edəcək.
27 Sentyabr 2017 09:14 MədəniyyətSentyabrın 28-də saat 15:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Türkiyə - Azərbaycan nəşriyyatçılığı" adlı simpoziumun açılış mərasimi keçiriləcək.
"Olaylar" bildirir ki, açılış mərasimində səfirlik nümayəndələri, Türkiyənin və Azərbaycanın ədəbiyyat adamları, tanınmış alimlər, yayım evlərinin rəhbərləri, nəşriyyat müdirləri, media nümayəndələri və s. iştirak edəcək.
Tədbirdə kitabçılığın inkişaf etdirilməsi yolları, Türkiyə-Azərbaycan əlaqələri, həyata keçiriləcək layihələr haqda məruzələr oxunacaq.
Qeyd edək ki, simpozium 30 sentyabr tarixinə qədər davam edəcək.