Türkiyənin paytaxtı Ankarada yeni tikilən bina çöküb. Binanın ikinci mərtəbəsinin betonu tökülərkən uçqun baş verib.
Nəticədə iki fəhlə dağıntılar altında qalıb, xilasedicilər onları xilas edib. Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.