Ukraynada hərbi anbar partladı: 30 min adam...

Ukraynada, Vinnitsa vilayətində hərbi hissələrdən birinin silah anbarında partlayış baş verib. Kalinovka şəhərində yerləşən hərbi hissə anbarındakı partlayış barədə yerli vaxtla saat 21:50-də polis bölməsinə məlumat daxil olub. Ukrayna Milli Polisinin sədr əvəzi Vyaçeslav Abroskin Vinnitsa, Jitomir və Xmelnitski əyalətlərinin polislərini həyəcan siqnalı ilə olay yerinə cəlb edib. Bölmələrin fəaliyyətini əlaqələndirmək üçün özü də hadisə yerinə gedib.

Hərbi hissəyə yaxın ərazilərdə yaşayan 30 min insan təxliyə edilib. Hələlik cəmi bir nəfərin yaralandığı bildirilir.

Ukrayna 50 km radiusunda hərbi hissənin hava məkanını bağlayıb.

Anbarda "Smerç", "Uraqan", və "Qrad" raketlərinin atəş sistemləri saxlanılırmış. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31