Səudiyyə kralı qadınlarla bağlı fərmanimzaladı - Qadağa götürüldü
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Saud qadınlara avtomobil idarə etməyə icazə verən fərman imzalayıb. Bu barədə Səudiyyə Ərəbistanı XİN-nin məlumatında bildirilir. “Kral fərmanı: Yol Hərəkəti Xidməti krallıq ərazisində qadınlara avtomobil idarə etməyə icazə verir”, – deyə məlumatda bildirilir.
27 Sentyabr 2017 09:24 DünyaSəudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Saud qadınlara avtomobil idarə etməyə icazə verən fərman imzalayıb. Bu barədə Səudiyyə Ərəbistanı XİN-nin məlumatında bildirilir.
"Kral fərmanı: Yol Hərəkəti Xidməti krallıq ərazisində qadınlara avtomobil idarə etməyə icazə verir", - deyə məlumatda bildirilir.
Kral qadınlara avtomobil idarə etmək hüququnun verilməsi ilə əlaqədar lazımi tədbirlərin görülməsi üçün DİN, Maliyyə, Əmək və Sosial Təminat Nazirliklərinin nümayəndələrindən ibarət komissiyanın yaradılmasına dair göstəriş verib. A24.Az