Gündəm
İstanbulda müsəlman gəncliyinin durumu müzakirə edilib
İstanbulda, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun təşkilatçılığı ilə, İƏT tarixində ilk dəfə bu ildən başlayaraq keçirilən Gənclər Gününə həsr olunmuş “Müsəlman Gəncliyinin Durumu” adlı, yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, konfransda eyni zamanda İƏT üzv ölkələrin gənclərinin durumunu əks etdirən ilk tədqiqat hesabatının təqdimatı da olub.
Ermənilər 131 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub.
“Turizm həftəsi” davam edir
Sentyabrın 27 – də Mədəniyyət və Turizm Baş İdarəsi Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edib. “Olaylar” bildirir ki, “Turizm həftəsi” çərçivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə “Ümid Yeri” uşaq sığınacağının sakinləri üçün ekskursiyalar nəzərdə tutulub.
Kərkük Türkmənistan Ticarət Birliyinə hücum edildi
İraqın Kərkük şəhərində Türkmənistan Ticarət Birliyinə hücum olub. Olaylar bildirir ki, şəxsiyyəti naməlum şəxslər 150 metr məsafədən hücum ediblər. Azadi Polis Stansiyasının rəsmisi Nejdet Vindavinin məlumatına görə, hücum zamanı heç bir itki qeydə alınmayıb.
Rusiya 3 ərazidə hərbi hazırlığa başladı
Rusiya ordusu Novosibirsk, Buryatiya və Qaraçay-Çərkəz Respublikasında hərbi təlimlər keçirir. Təlimlərə Rusiya ordusunun minlərlə şəxsi heyəti və hərbi texnikası cəlb olunub.
"Bavariya" PSJ-yə, "Çelsi" "Atletiko"ya qarşı
Bu gün Çempionlar Liqasında II turun növbəti oyunları keçiriləcək. Təmsilçimiz "Qarabağ"la birlikdə qitənin 16 ən güclü komandası mübarizə aparacaqlar. Azərbaycan çempionu "Qarabağ" günün ilk matçında, digərlərindən daha tez başlayan oyunda "Roma" ilə qarşılaşacaq. C qrupunun bu oyunu Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələsində ilk ev qarşılaşması olacaq. Qrupun digər matçında əsas favoritlər "Çelsi" və "Atletiko" sonuncuların meydanında görüşəcək. Bu matç liderin müəyyənləşməsi baxımından da önəmlidi.
Maduro ABŞ-la bağlı orduya çağırış etdi
Venesuela prezidenti Nikolas Maduro Silahlı Qüvvələri ABŞ-la münasibətlərin gərginləşməsi fonunda ölkə suverenliyini qorumağa hazır olmağa çağırıb. N.Maduro deyib: "Hər bir regionda müdafiəni gücləndirməyin vaxtı çatıb. XXI əsrdə Venesuelanın sülhsevər və suveren dövlət olmasını təmin etməyə hazır olmaq lazımdır".
Ronaldu Kasilyas və Maldini ilə eyni "onluq"da
Madrid "Real"ının futbolçusu Kriştianu Ronaldu avrokuboklarda yubiley oyununu keçirib. Portuqaliyalı hücumçu bunu Çempionlar Liqasının qrup mərhələsində "Borussiya" ilə qarşılaşmada reallaşdırıb.
Ana 2 yaşlı qızını manqalda bişirdi - DƏHŞƏT
Belçikada qandonduran cinayət baş verib. Brüsseldə 27 yaşlı qadın 2 yaşlı qızını diri-diri manqala atıb. Qadın qızının qışqırıq səslərinə rəğmən, onu ordan çıxartmayıb. Hadisə gecə saatlarında evin həyətindəki qarajda baş verib.
Qətərdən kürd referendumuna reaksiya — "Narahatıq"
Qətər Şimali İraq Kürd Muxtariyyatının keçirdiyi müstəqillik referendumuna reaksiya verib. Açıqlamaya əsasən keçirilən referendum İraqın bütövlüyü, regionun təhlükəsizlik və sabitliyi üçün təhlükə kəsb edir. Qətər vəziyyətdən çox narahatdır.
Öz oxu ətrafında fırlanan ekoloji otel tikiləcək - İLK DƏFƏ
Belçikada Dubayı kölgədə qoyacaq layihə hazırlanıb. Məşhur memar Vinsent Kallebot turizm layihəsi əsasında maraqlı ideya irəli sürüb. O günəş sistemini xatırladacaq, öz oxu ətrafında fırlanaraq enerji istehsal edən ekoloji otel layihəsi hazırlayıb.
Seda Sayanın keçmiş əri qadın paltarı geyinən oğlundan danışdı: “Onun dostları...”
Seda Sayanın keçmiş həyat yoldaşı Sinan Engin bu yaxınlarda qəribə geyimi ilə gündəmə gələn oğlu Oğulcan Engindən danışıb. Sinan Engin “Hürriyet”ə verdiyi müsahibəsində oğlu haqqında çıxan xəbərlərə etiraz edib: “Oğulcanın hər hərəkəti çox diqqət çəkir. Diqqətçəkən yaraşıqlı uşaqdır, həm də valideynləri populyardır. Acun Ilıcalı, Arda Turan və Burak Yılmaz onun yaxın dostlarıdır. Populyar olduğu üçün də daim çox göz önündədir. Məsələn, Amerikada “Burning Man” deyilən yerə lasin və ağ kürk geyinməsi mətbuatda çox müzakirə olundu. Zəng edib soruşdum ki, "Oğlum nədən elə geyindin?". O, isə "Ata bura çox soyuqdur" , - deyə cavab verdi. Həm də məkanın konsepsiya elədir.
Messencer İŞİD-lə əməkdaşlıq edir
"Telegram" adlanan messencer üzərindən İŞİD üzvlərinin yazışması aşkarlanıb. Tehran prokuroru Abbas Cəfərinin sözlərinə görə, İŞİD öz cinayətkar və terror planlarını sözügedən messencer vasitəsilə qərarlaşdırıb. Məhz bu səbəbdən proqramın tərtibçisi Pavel Durova qarşı cinayət işi açılıb. Prokuror bildirib ki, “Telegram” şəbəkəsi yalnız terrorçulara xidmət göstərir: "Bu, cinayətdir. Narkotik qaçaqmalçılığı və insan alveri ilə mübarizə apardığımız halda, bu cür proqramların fəaliyyətinə icazə vermək olmaz".
Prezident İlham Əliyev Belarusun Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevsentyabrın 27-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.
Süni torpaq yaradıldı
Rusiyanın Sibir Federal Universitetinin alimləri Krasnoyarskda torpağın rekultivasiyası (bərpası) üçün süni torpaq ixtira ediblər. Süni torpağa biomat adı verilib. O, uzun müddət möhkəmliyi saxlamağa icazə verən, xüsusi tərkiblə hopdurulan təbii lifə əsaslanır. Həmin əsasa bioloji aktiv əlavələri və təbii mənşəyin əlaqələndirici maddələrini özündə saxlayan üzvi aşqarlar vurulur. Ehtiyac yarananda biomatın tərkibinə süni torpağın suyu saxlamaq qabiliyyətini artıran hidrogellər əlavə etmək olar.














