Gündəm

Azərbaycanlı tələbə “Quiz on Korea” intellektual yarışmasında ölkəmizi təmsil edib

27 Sentyabr 2017 12:01

Azərbaycan Dillər Universitetinin  Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan dili-Koreya dili ixtisasının IV kurs tələbəsi Fəridə Aydayeva Koreyada təşkil olunmuş “Quiz on Korea” intellektual yarışmasında Azərbaycanı təmsil edib. “Olaylar” bildirir ki, F.Aydayeva 1 həftəlik səfəri zamanı Koreyanın tarixi, mədəniyyəti və gündəlik həyatı ilə yaxından tanış olduğunu, qələbə qazana bilməsə də Azərbaycanı Koreyada layiqincə təmsil etməkdən qürur duyduğunu bildirib.

Yaponiyada zəlzələ - Sunami təhlükəsi ...

27 Sentyabr 2017 11:58

Yaponiyanın Meteorologiya Agentliyi ölkədə 6 gücündə zəlzələ baş verdiyini açıqlayıb. ABŞ Geoloji Tədqiqatlar Mərkəzi bildirir ki, zəlzələ  İvate və Aomoro şəhərlərində hiss olunub. Dağıntı və xəsarət alanların olmadığı söylənilir. Mütəxəsislər zəlzələdən sonra sunami təhlükəsi elan etməyiblər.

Lütfi Zadə ilə vida mərasiminin keçiriləcəyi tarix AÇIQLANDI

27 Sentyabr 2017 11:54

Lütfi Zadə ilə vida mərasimi sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək. Bu barədə  AMEA Rəyasət Heyətinin aparatıİctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

23 Sentyabr Ermənistan diplomatiyası üçün qara gün oldu- Mübariz Əhmədoğlu

27 Sentyabr 2017 11:44

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-Yorkda BMT BA müstəvisində ATƏT MQ həmsədrlərinin təşkilatçılığı ilə görüşdü. Ermənistan XİN-in belə görüşlərə 2 elementdən ibarət xüsusi yanaşması mövcuddur: Əsas məqsəd belə görüşlərin baş tutmasına imkan verməməkdir.

Yaşar Aydəmirov: “Ermənistanın “Smerç” yaylım atəşli reaktiv sistemləri köhnəlib”

27 Sentyabr 2017 11:35

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistanın təlimlərdə “Smerç” yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirib.  General açıqlamasında bildirib ki, bu, Ermənistanın öyünə biləcəyi yeganə silah növüdür.

Azərbaycanda bəzi cinayətlərə görə həbs cəzaları maliyyə sanksiyaları ilə əvəz olunur

27 Sentyabr 2017 11:33

Azərbaycanda mülkiyyət əleyhinə, o cümlədən gömrük və vergidən yayınma ilə bağlı cinayətləri törədən şəxs zərəri ödədiyi halda cinayət məsuliyyətinə cəlb edilməyəcək. Məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə (CM) yeni 73-1 (Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə) və 73-2 (İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məsuliyyətdən azad etmə) maddələrinin əlavə edilməsi təklif olunur.

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?..

27 Sentyabr 2017 11:31

2019-cu ildə həyata keçiriləcək qəbul qaydalarına əsasən, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.

Azərbaycanda 3 yaşınadək uşağa baxan kişilərə GÜZƏŞT olacaq  

27 Sentyabr 2017 11:27

 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə ictimai işlər tətbiq olunmayacaq. Bununla bağlı Cinayət Məcəlləsinin 77-ci (İctimai işlər) maddəsinə dəyişiklik edilir. Hazırki qanunvericiliyə əsasən, himayəsində 8 yaşınadək uşağı olan qadınlara ictimai işlər tətbiq olunmur. Dəyişiklik layihəsində yaş həddi 3-ə endirilir. Bundan əlavə, 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərə də ictimai işlərin tətbiq olunmaması qeyd edilir.

PKK türk əsgərini şəhid etdi

27 Sentyabr 2017 11:25

Türkiyənin Diyarbəkir vilayətində PKK terror təşkilatına qarşı əməliyyat zamanı türk hərbçi həlak olub. Terrorçularla jandarm qüvvələri arasında atışma zamanı Türkiyə hərbçilərindən 3-ü xəsarət alıb. Yaralılardan biri xəstəxanada ölüb. Ərazidə antiterror əməliyyatı davam edir. 

Rusiya 5 komandir və 32 silahlını bombaladı

27 Sentyabr 2017 11:21

Rusiya Müdafiə Nazirliyi Suriyanın İdlib vilayətində "Cəbhat ən-Nüsra terror təşkilatının 5 səhra komandirinin məhv edilməsinin görüntülərini yayıb. Terrorçuların yerinin müəyyənləşdirilməsi üçün kəşfiyyat sistemindən istifadə edilib. Bundan sonra terrorçuların olduğu əraziyə raket-aviasiya zərbəsi endirilib. 

Ev alanlar üçün çoxdan gözlənilən yenilik

27 Sentyabr 2017 11:19

Azərbaycanda bütün mənzil sahiblərinin, eləcə də mənzil almaq istəyənlərin çoxdan gözlədiyi mühüm yenilik baş verib. Bundan sonra yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə biləcəklər. Eyni zamanda vətəndaşlar alacağı mənzillərin qiymətini əvvəlcədən bazar dəyərlərinə uyğun öyrənəcəklər.

Rusiya meydana girir: “Kürdüstan” silinir - Politoloq

27 Sentyabr 2017 11:18

Müstəqil kürd dövlətinin yaranmasına qarşı çıxanların siyahısına Türkiyə, İran, İraqla birlikdə, dördüncü dövlət də daxil ola bilər. Bu sözləri politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi görüş haqda fikirləriniAxar.az-a bölüşərkən deyib. Onun sözlərinə görə, Türkiyə, İraq, İran kimi Rusiyanın da kürd dövlətinin yaranmasına müdaxiləsi mümkündür:

İsmayıllıda dəhşətli qəza: 7 ölü, 3 yaralı

27 Sentyabr 2017 11:14

İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölmüş, digər avtomobildə olan 3 nəfər xəsarət alıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Rus deputat Anara görə Polad Bülbüloğluna MÜRACİƏT ETDİ- VİDEO

27 Sentyabr 2017 11:11

Rusiyanın Xabarovsk Şəhər Dumasının deputatı Smolkin Yevgenin pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən azərbaycanlı Anar Allahverənova kömək etmək üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib.

“Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi”

27 Sentyabr 2017 11:09

Nəsimi rayonu İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə  İ.Əbülhəsənov adına 42 saylı tam orta məktəbdə  yuxarı sinif şagirdlərinin, məktəb müəllimlərinin və valideynlərin iştirakı ilə “Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi” mövzusunda  maarifləndirici tədbirlərə start verilib.