İsmayıllıda dəhşətli qəza: 7 ölü, 3 yaralı
İsmayıllı rayonunda “Toyota” və “Opel” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nəticədə “Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölmüş, digər avtomobildə olan 3 nəfər xəsarət alıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
27 Sentyabr 2017 11:14 Sosialİsmayıllı rayonunda "Toyota" və "Opel" markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nəticədə "Opel" markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölmüş, digər avtomobildə olan 3 nəfər xəsarət alıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
***
İsmayıllı rayonunda baş verən 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzada ölənlərin adları bəlli olub. Bu barədə açıqlama verən İsmayıllı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev bildirib ki, hadisə nəticəsində ölənlərin əksəriyyəti eyni ailənin üzvləridir: "Hadisə gecə yarı baş verib. Hava dumanlı olduğu üçün "Toyota" və "Opel" markalı avtomobillər toqquşub. Qəzada ölənlər Bakıdan qayıdırmış.
Ölənlər sürücü, 1969-cu il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, sərnişinlər - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Camal oğlu, 1978-ci il təvəllüdlü Bayramov Rüzgar Məmməd oğlu, 1988-ci il təvəllüdlü Kərimli Rüfanə Yaşar qızı, 2001-ci il təvəllüdlü Kərimova Türanə Yaşar qızı, 2003-cü il təvəllüdlü Bayramov Sahib Rüzgar oğlu və 2006-ci il təvəllüdlü Bayramov Cavid Rüzgar oğludur". R.Ağayev qeyd edib ki, digər avtomobildəki sərnişinlər yüngül yaralı halda xilas olublar. Axar.az