Gündəm

Meksika-ABŞ sərhədində divar inşası başladı

27 Sentyabr 2017 12:38

ABŞ və Meksika arasındakı sərhəd xəttində divarın tikintisinə start verilib. İstinad divarları sərhəd pozuntularının qarşısını alacaq və sərhəd xəttini qoruyacaq. ABŞ gömrük-sərhəd xidmətindən verilən məlumata görə, 30 gün ərzində Kaliforniya ştatının San-Dieqo şəhərində 8 belə prototip hazırlanacaq. Bildirilir ki, San-Dieqoda 8 prototip divarın tikintisinə başlayıblar. Divarlardan dördü betondan, dördü isə alternativ materiallardan hazırlanacaq.

YAP müsabiqə keçirir

27 Sentyabr 2017 12:36

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin  və Nizami rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, “İki sahil” qəzetinin dəstəyi ilə “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir” mövzusunda rəsm və inşa müsabiqəsinə start verilib.

Dünya Azərbaycanlıları Bakıda müzakirə olundu

27 Sentyabr 2017 12:35

Bakıda Dünya Azərbaycanlıları Assambleyası Azərbaycan təmsilçiliyinin ofisində dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən DAA təmsilçiləri görüşüb. DAA-nın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Birləşmiş Ərəb Əmirliyindən Adelya Məmmədova, Böyük Britaniyadan Sevil Aslanova, İsveçdən Aida Məmmədova, Rusiya Federativ Respublikasının Saxalinsk əyalətindən Abil Əliyev, Azərbaycan nümayəndəliyinin rəhbəri Vəfa Muradzadə arasında görüş keçirilib.

Azercell-dən daha bir yenilik:  yeni konsepsiyalı “Azercell Ekslüziv” mağazası abunəçilərin istifadəsinə verildi

27 Sentyabr 2017 12:32

Azercell şirkəti xüsusi rahatlığı və innovativ tərzi ilə seçilən növbəti mağazasını istifadəyə verib. Müştəri xidməti sahəsində hər zaman yenilikləri ilə fərqlənən, müştəri məmnuniyyətinə böyük önəm verən şirkət sentyabrın 26-da Bül-bül prospektində (Sahil metrosunun yanı) yeni konsepsiyalı Sahil Franchise ofisini abunəçilərin ixtiyarına verib. 110 m2 ərazidə yerləşən və ən müasir avadanlıqla təhciz olunan  ofis yeni Nordic konsepsiyasına uyğun olaraq qurulub.

Roma Papasına qarşı ŞOK İTTİHAM — Kafirliyi təbliğ edir

27 Sentyabr 2017 12:29

Roma Papası son 8 əsr ərzində ilk dəfədir ki, kafirliyi yaymaqda ittiham edilir. Katolik Kilsəsinin 60 konservativ xidmətçisi pontifikə məktub göndərib. Məktubu imzalayan şəxslər Fransiski "Amoris Laetitia" apostol müraciətinin mətninə görə tənqid edirlər. Mətn ötən ilin yaz ayında dərc edilib.

İsrailli əsgərlər 15 fələstinli həbs etdi

27 Sentyabr 2017 12:27

İsrailli əsgərlərin işğal altında olan Qərb Şəriyədəki bölgələrdə 15 fələstinlini saxladığı bildirilir.İsrail ordusunun yaydığı məlumatına görə, Qərb Şəriyənin müxtəlif bölgələrində gecə keçirilən əməliyyatlar zamanı 15 fələstinlinin "terror aktlarına cəlb edilməsi" səbəbi ilə saxlanıldığı bildirilir.

ATƏT PA-nın xüsusi nümayəndəsi Cənubi Qafqaza səfəri ilə bağlı hesabat təqdim edəcək

27 Sentyabr 2017 12:23

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin regiona səfəri ilə bağlı oktyabrın 4-də ATƏTPA Daimi Şurasına hesabat təqdim edəcək. ATƏTPA-nın yaydığı məlumatda bildirilir ki, hesabatda müəllifin regionda fəaliyyəti ilə bağlı konkret təkliflər yer alacaq.

“Rusiya sərhədlərində istənilən müharibə...” - ABŞ-a XƏBƏRDARLIQ

27 Sentyabr 2017 12:20

Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı müharibəyə başlamaqla bağlı ABŞ-ın istənilən cəhdi Rusiyanı üçün təhlükə təşkil edir.  Bunu ABŞ prezidenti Donald Trampın son bəyanatını şərh edən Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə sədr müavini Frans Klinseviç bildirib. “Bilavasitə Rusiya sərhədləri yaxınlığındakı istənilən münaqişə bizim tərəfimizdən ölkəmizlə bağlı düşmən hərəkətləri kimi qiymətləndiriləcək”, - senator deyib.

Prokuror "Beynəlxalq Bank"ın vəzifəli şəxsinə cəza istəyib

27 Sentyabr 2017 12:17

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Qaradağ" filialının kredit şöbəsinin külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq baş mütəxəssisi Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, E. Hüseynovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror digər təqsirləndirilən Aqilə Piriyevanın 2 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.

Gürcüstanda azərbaycandilli məktəbdə hicab problemi yaranıb

27 Sentyabr 2017 12:16

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların sıx yaşadığı Qaracala kəndində məktəb direktoru hicablı 7-ci sinif şagirdini məktəbə buraxmayıb. Şagirdin atası Tahir Astanov məktəb rəhbərliyini dini azadlığın məhdudlaşdırılmasında ittiham edərək Gürcüstanın Təhsil və Elm Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb. O, artıq məsələ ilə bağlı Telavi Resurs Mərkəzinə müraciət edib. Məktəb direktoru Elza Aşirova isə bildirib ki, baş örütüyünə qadağa məktəb qaydalarına əsasən qoyulub. Onun sözlərinə görə, şagirdlərin məktəbə papaq və başqa baş örtükləri ilə gəlməsi qadağandır.

Deputatlığa namizəd terrorçuya necə çevrildi? - Ölkəni “minalayanın" ADI AÇIQLANDI

27 Sentyabr 2017 12:14

Rusiya KİV-i sentyabr ayında ölkədə telefon terrorizmi dalğasının təşkilində əsas şübhəlinin adını yazıb. Bu, Stavropol diyarının Stepnovski rayonunun 28 yaşlı sakini Albert Abramovdur. Oğlanın sosial şəbəkələrdə yazdığı statuslar şübhəli deyildi: kənd bayramları və yerli futbol komandasının məşqlərindən videolar, avtomobil və ya mobil telefonun təmiri haqqında suallar. Gənc insanın beynini yumağa hansı arada vaxt tapdılar? Bu sualın cavabını nə Albertin oxuduğu məktəbdə, nə də onun 2015-ci ildə yerli qanunverici orqana deputatlığa namizədliyini irəli sürdüyü partiyada bilmirlər.

Kanal rəhbərinin məhkəməsi başlayıb

27 Sentyabr 2017 12:13

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Məlumata görə, hakim  Mirzə Xankişiyevin sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

İntensiv yağış yağacaq, külək güclənəcək

27 Sentyabr 2017 12:08

Sentyabrın 28-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. 

Bu gündən geomaqnit qasırğaları gözlənilir

27 Sentyabr 2017 12:05

"Hal-hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 1 ilə 2 arasında dəyişir (maksimum 9 olur), lakin, 27-28 sentyabr tarixlərində bu indeks artacaq. Bu tarixlərdə geomaqnit həyəcanlaşması və hətta G1 (27 sentyabrda) və G2 (28 sentyabrda) sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir)". Bunu  Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi Adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. 

Akif Çovdarovun məhkəməsində təqsirləndirilənlər son söz deyir

27 Sentyabr 2017 12:01

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Vəkil Şahin Rəfiyev deyib ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə MTN polkovniki Səlim Məmmədov son sözlə çıxışa başlayıb. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.