Dünya Azərbaycanlıları Bakıda müzakirə olundu
Bakıda Dünya Azərbaycanlıları Assambleyası Azərbaycan təmsilçiliyinin ofisində dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən DAA təmsilçiləri görüşüb. DAA-nın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Birləşmiş Ərəb Əmirliyindən Adelya Məmmədova, Böyük Britaniyadan Sevil Aslanova, İsveçdən Aida Məmmədova, Rusiya Federativ Respublikasının Saxalinsk əyalətindən Abil Əliyev, Azərbaycan nümayəndəliyinin rəhbəri Vəfa Muradzadə arasında görüş keçirilib.
27 Sentyabr 2017 12:35 SosialBakıda Dünya Azərbaycanlıları Assambleyası Azərbaycan təmsilçiliyinin ofisində dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən DAA təmsilçiləri görüşüb. DAA-nın mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Birləşmiş Ərəb Əmirliyindən Adelya Məmmədova, Böyük Britaniyadan Sevil Aslanova, İsveçdən Aida Məmmədova, Rusiya Federativ Respublikasının Saxalinsk əyalətindən Abil Əliyev, Azərbaycan nümayəndəliyinin rəhbəri Vəfa Muradzadə arasında görüş keçirilib. Almaniyadan təşkilatın rəhbəri Rəşad Quliyev də skaypla qatılaraq iclasda iştirak edib. İclasda dünya azərbaycanlarının bugünki durumu, xaricdə fəaliyyət göstərən təşkilatlarımızın durumu və problemləri, ÜAK-ın qeydiyyatının ləğvi, DAA fəaliyyətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunaraq konkret qərarlar qəbul edilib. DAA təmsilçiləri ÜAK-ın qeydiyyatının ləğvi narahatedici məsələ olduğunu bildirdilər eyni zamanda bundan sonra Rusiya qurumları ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunmuş, məlum hadisəylə bağlı Rusiyada yaşayan həmvətənlərimizin ruhdan düşmədən bundan sonra da fəaliyyətlərinin intesivliyinə daha da ciddi yanaşmalarının vacibliyi vurğulanıb. Bundan sonra atılacaq addımlarda ÜAK-ın yanında olduğumuzu bir daha bəyan edilib.