Gündəm

Fələstin İnterpola ÜZV OLDU

27 Sentyabr 2017 13:33

İsrailin etirazlarına baxmayaraq Fələstinin İnterpola üzvlük müraciəti qəbul etdildi. Olaylar bildirir ki, bu haqda məlumatı bu gün İnterpol Beynəlxalq Polis Təşkilatı twitter hesabından Pekindəki plenar iclasda Fələstin və Solomon Adalarının üzvlük istəyinin qəbul edildiyi açıqlanıb.

Dağıstan rəhbəri Ramazan Abdulatipov istefa ərizəsi yazıb

27 Sentyabr 2017 13:30

Rusiya Federasiyası Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov öz istəyi ilə işdən azad olunması üçün ərizə yazıb. Bu barədə RBK respublikanın güc strukturlarına yaxın mənbəyə istinadən yazıb.

Rusiya Müdafiə Nazirliyinin Ərzaq Təminatı İdarəsinin rəisi həbs edilib

27 Sentyabr 2017 13:28

Rusiya Müdafiə Nazirliyinin Ərzaq Təminatı İdarəsinin rəisi, polkovnik Aleksandr Berejnoy həbs olunub. O, rüşvət və fırıldaqçılıqda ittiham olunur. A.Berejnoy Sankt-Peterburq şirkəti "Profbiznes" ilə xüsusi avadanlıq təchizatı üçün imzalanmış müqaviləyə əsasən 20 milyon rubl, eləcə də ticarətlə məşğul şəxslərdən yeni müqavilələrin imzalanmasına himayə etdiyi üçün 368 milyon rubl mənimsəməkdə günahlandırılır.

DİN İsmayıllıdakı ağır qəza ilə bağlı məlumat yayıb

27 Sentyabr 2017 13:20

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 26-da saat 23 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, kənd ərazisində əcnəbi vətəndaş olan Enqland Villiam Henrinin idarə etdiyi “Toyota-Prado” və Şəki rayon sakini Rahim Abbasovun idarə etdiyi “Opel-Zafira” markalı avtomobillər toqquşub. Nəticədə R.Abbasov və sərnişinləri Qax rayon sakinləri Rüzgar Bayramov, oğlanları Sahib, Cavid, Yaşar Kərimovlar, qızları Rüfanə, Turanə hadisə yerində ölüblər, digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Ziyafət Əsgərov: Azərbaycan NATO ilə əməkdaşlığa xüsusi önəm verir

27 Sentyabr 2017 13:17

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycanın NATO-da daimi nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşüb.

"Regionda baş verənlər Azərbaycanda sabitliyə təsir etməyəcək"

27 Sentyabr 2017 13:11

“Azərbaycan təhlükəsizlik baxımından dünyaya ibrət verəcək bir təcrübəyə malik olsa da, ölkəmiz sabit olmayan bir regionda yerləşir. Şübhəsiz ki, regionda baş verənlər Azərbaycanın sabitliyinə təsir etməyəcək. Sadəcə olaraq ölkəmizin xarici siyasəti baş verənlərdən müəyyən fikir yenilənməsi əldə edəcək”. Bunu  açıqlamasında beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Dodaqlarına inşaat slikonu vurdurdu DƏHŞƏT

27 Sentyabr 2017 13:05

Özünü həkim kimi tanıdan saxta estetik cərrah ağılalmaz dolğu edib. Adanada dodaqlarına silikon vurduran Güllü Sel adlı qadın bir müddət sonra narahatlıq səbəbilə həkimə üz tutub. Qadının dodaqlarındakı dolğunun mənşəyini araşdıran həkimlər bunun inşaat slikonu olduğunu aşkar ediblər. Bu xəbərdən məyus olan qadın polisə şikayət edib.

Millət vəkili: "Rəsmi İrəvan praktik addımlar atmır" 

27 Sentyabr 2017 13:02

"Xarici işlər nazirlərinin görüşünün keçirilməsi faktının özü müsbətdir. Lakin görüşlərin nəticəsi olmalıdır”. Bu sözləri açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

"Neftçi"nin futbolçuları autizmli uşaqlarla məşq etdilər

27 Sentyabr 2017 12:58

Baki Autizm İdman Klubunun üzvləri "Neftçi" PFK-nın təlim məşq bazasında qonaq olublar. Klubdan  verilən məlumata görə, təlim məşq bazasına gələn autizmli gənc və uşaqlar "Neftçi" klubunun üzvləri ilə birlikdə məşq ediblər. Bakı Autizm İdman və Yaşam Klubunun direktoruElnur Məmmədov dəvətə görə "Neftçi" klubunun üzvlərinə və rəhbərliyə təşəkkür edib:

"Qaşlarını alıb şalvar geyinən tələbə qızlar cəhənnəmlikdir" - Türk molla fətva verdi - VİDEO

27 Sentyabr 2017 12:56

"Qaşlarını aldırıb şalvar geyinən və bu görkəmdə ali təhsil müəssisələrinə, universitetlərə gedən tələbə qızlar çox böyük haram iş görür, günah işləyirlər. Onlar cəhənnəmlikdir".

Qəzalı vəziyyətdə olan hidrotexniki qurğular təmir edilir

27 Sentyabr 2017 12:51

“Azneft” İstehsalat Birliyi istismar etdiyi neft-qaz yataqlarında hidrotexniki qurğuların tikintisi və təmiri, estakada, meydança və özüllərdə infrastrukturun yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı qəzalı vəziyyətdə olan 618 saylı estakadayanı meydançada aparılmış təmir-bərpa işləri nəticəsində buradakı 717 nömrəli quyu fəaliyyətsiz fonddan istismara qaytarılıb. Quyu məhsuldar qat çöküntülərinin VII horizontundan qazlift üsulu ilə məhsul vermiş, 4686-4669 metr intervaldan gündəlik 15 ton neft və 1800 kubmetr qaz hasilatı ilə istismara daxil edilib. 

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

27 Sentyabr 2017 12:48

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə. əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub. Daha sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rövşən Ağayev Ulu Öndərin dövlətin din siyasəti və mədəniyyətimizin inkişafı istiqamətində gördüyü misilsiz işlərdən danışıb, bu missiyanın onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini vurğulayıb.

Cəriməni ödəməyən sürücülər saxlanıb

27 Sentyabr 2017 12:46

Səbail rayonunda yol polisi tərəfindən cərimələrin ödənilməsi ilə bağlı əhali arasında məlumatlandırma işinin gücləndirilməsi məqsədi ilə reyd keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin müvafiq tapşırığına əsasən, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, cərimələrin ödənilməsi ilə bağlı əhali arasında məlumatlandırma işinin gücləndirilməsi, təyin edilən cərimələrin ödənilməyəcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq görüləcək tədbirlər haqqında hərəkət iştirakçıları arasında zəruri izahat işinin aparılması, kobud qayda pozuntularına yol verən sürücülərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Bu istiqamətdə növbəti reyd Səbail Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Kürdlərin milli cəhdinə hörmətlə yanaşırıq, amma... – Rusiya

27 Sentyabr 2017 12:43

Ərbillə Bağdad arasındakı mübahisəli məsələlər dialoq yolu ilə həll edilməlidir. Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Bəyanatda Moskvanın kürdlərin milli cəhdlərinə hörmətlə yanaşdığı bildirilib.

“Qarabağ”ın oyununa görə təhlükəsizlik tədbirləri gücləndirilib

27 Sentyabr 2017 12:40

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi “Qarabağ” – “Roma” oyunu ilə əlaqədar Bakı Olimpiya Stadionunun ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Bu gün futbol matçını izləmək üçün xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, şəxsi avtomobillər stadionun ərazisinə buraxılmayacaq.