Dodaqlarına inşaat slikonu vurdurdu DƏHŞƏT
Özünü həkim kimi tanıdan saxta estetik cərrah ağılalmaz dolğu edib. Adanada dodaqlarına silikon vurduran Güllü Sel adlı qadın bir müddət sonra narahatlıq səbəbilə həkimə üz tutub. Qadının dodaqlarındakı dolğunun mənşəyini araşdıran həkimlər bunun inşaat slikonu olduğunu aşkar ediblər. Bu xəbərdən məyus olan qadın polisə şikayət edib.
27 Sentyabr 2017 13:05 DünyaÖzünü həkim kimi tanıdan saxta estetik cərrah ağılalmaz dolğu edib. Adanada dodaqlarına silikon vurduran Güllü Sel adlı qadın bir müddət sonra narahatlıq səbəbilə həkimə üz tutub. Qadının dodaqlarındakı dolğunun mənşəyini araşdıran həkimlər bunun inşaat slikonu olduğunu aşkar ediblər. Bu xəbərdən məyus olan qadın polisə şikayət edib.
Onun sözlərinə görə, əməliyyatı nə qədər vacib olsa da, bu məsuliyyəti heç bir həkim üzərinə götürmək istəmir: "Slikonu vurdurduqdan sonra ilk vaxtlar bir narazılığım yox idi. bir neçə gün sonra alt və üst dodaqlarımın hərəsində 2 dənə olmaqla, noxud böyüklüyündə sərtlik yarandı. Özünü həkim kimi tanıdan etetik cərrah bunun normal olduğunu, zamanla sovrulacağını desə də, başqa həkimə üz tutmağa qərar verdim. Nəticədə məlum oldu ki, dodaqlarımdakı maddə inşaat materialıdır. Həkimlər əməliyyatın vacib olduğunu, dodaqlarımın öz piylərinin tamamilə çıxarılacağını və bu gündən sonra slikonsuz yaşaya bilməyəcəyimi bildirdilər. Heç bir həkim əməliyyata yanaşmırdı, sonda İstanbulda bir həkim mənə kömək etməyi vəd edib".
Qeyd edək ki, özünü cərrah kimi tanıdan İhan T. adlı şəxs Yunanıstana qaçmaq istəyərkən polislər tərəfindən saxlanılıb. Sia.az