Peskov: Rusiya müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülh istəyir- ÖZƏL

Kremlin sözçüsü Dmitri Peskov Avropanın Ukrayna ilə bağlı mövqeyi və sülh danışıqlarının perspektivləri barədə açıqlama verib.
Olaylar.az xəbər verir ki, Peskov bazar ertəsi keçirilən brifinqdə Avropa ölkələrinin mövqeyinin Ukrayna münaqişəsinin həllinə nə dərəcədə töhfə verə biləcəyinin aydınlaşdırılmasının vacib olduğunu bildirib.
O, Avropa İttifaqı rəhbərliyinin Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya təzyiqlərin artırılması ilə bağlı bəyanatlarının sülh prosesinə töhfə vermək niyyətindən uzaq olduğunu qeyd edib. Peskov vurğulayıb ki, Moskva müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülhün əldə olunmasını istəyir. Onun sözlərinə görə, Rusiya Ukraynanın atəşkəsdən hərbi imkanlarını bərpa etmək üçün istifadə etməsinə imkan vermək niyyətində deyil. Kremlin sözçüsü ABŞ-la Ukrayna məsələsinə dair müzakirələrin təfərrüatlarını açıqlamağı da məqsədəuyğun hesab etmədiklərini bildirib. O, sülh danışıqlarının mürəkkəb və uzunmüddətli proses olduğunu, bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31