Peskov: Rusiya Ukraynaya ciddi zərbələr endirir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Ukraynada müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülhün əldə olunmasını istəyir. Onun sözlərinə görə, müvəqqəti atəşkəs Kiyevə qüvvələrini bərpa etmək üçün vaxt qazandıracaq.

Peskov Rusiyanın Ukrayna rejiminə ciddi zərbələr endirdiyini vurğulayıb. O, həmçinin Ukrayna dronlarının kütləvi hücumları fonunda Rusiya hava hücumundan müdafiə sistemlərinin effektiv işlədiyini bildirib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə ölkənin müxtəlif regionları, Krım və Azov, Qara dəniz akvatoriyaları üzərində Ukraynaya məxsus 1336 pilotsuz uçuş aparatı ələ keçirilərək məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31