Rusiya Müdafiə Nazirliyinin Ərzaq Təminatı İdarəsinin rəisi həbs edilib

Rusiya Müdafiə Nazirliyinin Ərzaq Təminatı İdarəsinin rəisi, polkovnik Aleksandr Berejnoy həbs olunub. O, rüşvət və fırıldaqçılıqda ittiham olunur. A.Berejnoy Sankt-Peterburq şirkəti "Profbiznes" ilə xüsusi avadanlıq təchizatı üçün imzalanmış müqaviləyə əsasən 20 milyon rubl, eləcə də ticarətlə məşğul şəxslərdən yeni müqavilələrin imzalanmasına himayə etdiyi üçün 368 milyon rubl mənimsəməkdə günahlandırılır.

Rusiya Müdafiə Nazirliyinin Ərzaq Təminatı İdarəsinin rəisi, polkovnik Aleksandr Berejnoy həbs olunub. O, rüşvət və fırıldaqçılıqda ittiham olunur. A.Berejnoy Sankt-Peterburq şirkəti "Profbiznes" ilə xüsusi avadanlıq təchizatı üçün imzalanmış müqaviləyə əsasən 20 milyon rubl, eləcə də ticarətlə məşğul şəxslərdən yeni müqavilələrin imzalanmasına himayə etdiyi üçün 368 milyon rubl mənimsəməkdə günahlandırılır.  Onun haqqında Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü bəndi ( "geniş miqyasda Rusiya Federasiyasının ictimai vəzifə tutan bir şəxs tərəfindən rüşvət alma") və 290-cı maddənin 6-cı bəndinə ( "mütəşəkkil dəstə tərəfindən və ya xüsusilə geniş miqyasda fırıldaqçılıq") əsasən cinayət işi açılıb. A.Berejnoyun vəkili həbs qərarına qarşı çıxsa da, Moskva Rayon Hərbi Məhkəməsi onun etirazını qəbul etməyib. Apa.az "Kommersant" nəşrinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31