“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə. əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub. Daha sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rövşən Ağayev Ulu Öndərin dövlətin din siyasəti və mədəniyyətimizin inkişafı istiqamətində gördüyü misilsiz işlərdən danışıb, bu missiyanın onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "İslam Həmrəyliyi İli" çərçivəsində "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə. əvvəlcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş "Şəhadət" sənədli filmi nümayiş olunub. Daha sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rövşən Ağayev Ulu Öndərin dövlətin din siyasəti və mədəniyyətimizin inkişafı istiqamətində gördüyü misilsiz işlərdən danışıb, bu missiyanın onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini vurğulayıb.

DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsi, müxtəlif dinlərə məxsus dini abidələrimizin qorunması, onların təmiri və yenilərinin tikilməsi istiqamətində imzaladığı sərəncamlar və digər xidmətləri haqqında ətraflı məlumat verib.  RİH başçısının müavini Sevil Əhmədova "Tərbiyə işində milli-mənəvi dəyərlərin imkanlarından səmərəli istifadə yolları" mövzusunda çıxış edib. Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31