Kürdlərin milli cəhdinə hörmətlə yanaşırıq, amma... – Rusiya
Ərbillə Bağdad arasındakı mübahisəli məsələlər dialoq yolu ilə həll edilməlidir. Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Bəyanatda Moskvanın kürdlərin milli cəhdlərinə hörmətlə yanaşdığı bildirilib.
27 Sentyabr 2017 12:43 DünyaƏrbillə Bağdad arasındakı mübahisəli məsələlər dialoq yolu ilə həll edilməlidir. Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Bəyanatda Moskvanın kürdlərin milli cəhdlərinə hörmətlə yanaşdığı bildirilib. Moskva həmçinin tərəflər arasındakı problemin vahid dövlət daxilində həll edilməsi gərəkdiyini vurğulayıb: "Bizim İraqın vahidliyi, ərazi bütövlüyü və suverenliyinə olan dəstəyimiz dəyişməz olaraq qalır. Bu mövqeyimiz digər Yaxın Şərq ölkələrinə də aiddir". Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31