Millət vəkili: "Rəsmi İrəvan praktik addımlar atmır"
"Xarici işlər nazirlərinin görüşünün keçirilməsi faktının özü müsbətdir. Lakin görüşlərin nəticəsi olmalıdır”. Bu sözləri açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
27 Sentyabr 2017 13:02 Siyasət"Xarici işlər nazirlərinin görüşünün keçirilməsi faktının özü müsbətdir. Lakin görüşlərin nəticəsi olmalıdır". Bu sözləri açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması üçün rəsmi İrəvan praktik addımlar atmır, ona mane olur və "oldu-bitdi" yaratmağa çalışır: "Belə mövqe münaqişənin həllini uzadır. Münaqişənin həlli üçün ilk növbədə işğal faktı aradan qaldırılmalıdır. Bu olmadıqca, işğalçı qoşun hissələri ilə təmas xəttində gərginliyin artmasının bütün məsuliyyəti təcavüzkar Ermənistanın üzərinə düşür. Belə bir regional siyasi gərginliklər fonunda Ermənistanın yeganə çıxış yolu işğal altında olan torpaqları geri qaytarmaqdan ibarətdir "