DİN İsmayıllıdakı ağır qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 26-da saat 23 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, kənd ərazisində əcnəbi vətəndaş olan Enqland Villiam Henrinin idarə etdiyi “Toyota-Prado” və Şəki rayon sakini Rahim Abbasovun idarə etdiyi “Opel-Zafira” markalı avtomobillər toqquşub. Nəticədə R.Abbasov və sərnişinləri Qax rayon sakinləri Rüzgar Bayramov, oğlanları Sahib, Cavid, Yaşar Kərimovlar, qızları Rüfanə, Turanə hadisə yerində ölüblər, digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 26-da saat 23 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisində baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, kənd ərazisində əcnəbi vətəndaş olan Enqland Villiam Henrinin idarə etdiyi "Toyota-Prado" və Şəki rayon sakini Rahim Abbasovun idarə etdiyi "Opel-Zafira" markalı avtomobillər toqquşub. Nəticədə R.Abbasov və sərnişinləri Qax rayon sakinləri Rüzgar Bayramov, oğlanları Sahib, Cavid, Yaşar Kərimovlar, qızları Rüfanə, Turanə hadisə yerində ölüblər, digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib. DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31