Gündəm
Taylandın sabiq baş naziri 5 ilini həbsxanada keçirəcək
Taylandın sabiq baş naziri 5 il müddətinə azadlıqdan məhrum edilib. Yinqlak Çinavat rüşvətxorluq və korrupsiyada ittiham edilir. Bu barədə "Tayland naminə" partiyası məlumat verib. Məhkəmə sabiq baş naziri 5 il müddətinə azadlıqdan məhrum edib. Qərar Taylandın Ali Məhkəməsinin xüsusi kollegiyası çıxarıb.
Türkiyə, İran və İraq orduları Şimali İraqa qoşun yeridə bilər
“Referendumdan sonra İraqda qurulacaq “Kürdistan dövləti” Türkiyənin, İranın, İraqın və Suriyanın dövlət maraqlarına və ərazi bütövlüyünə təhlükə yaradır”. Bu fikirləri eksklüziv açıqlamasında Türkiyə Aviasiya Universitetinin rektoru, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan bildirib.
Mənsimov: "Lukoil" "Palmali"yə 4 mlrd. dollar zərər vurub"
"Palmali Holding" ikinci dəfə "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verməyə hazırlaşır. Bunu "Anadolu" agentliyinə açıqlamasında "Palmali Holding"in rəhbəri Mübariz Mənsimov bildirib. Onun sözlərinə görə, "Palmali Holding" "Litasco"dan 2 mlrd. dollar məbləğində təzminat tələb edir: "Biz iyulun 17-də London Ali Arbitraj Məhkəməsinə müraciət edərək "Litasco"dan 2 mlrd. dollar təzminat tələb etmişik. Öz növbəsində "Lukoil" bundan qorxuya düşüb və "Litasco"nu sataraq ondan canını qurtarmaq istəyir. Bu, saxtakarlıqdır".
Səfir: “ABŞ-Azərbaycan əlaqələrində irəliləyiş müşahidə olunur”
“Son vaxtlar ABŞ-Azərbaycan əlaqələrində irəliləyiş müşahidə olunmaqdadır”. Bunu Xaçmazda səfərdə olan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta deyib. O, ikitərəfli münasibətləri yaxşı qiymətləndirdiyini bildirib: “Hesab edirəm ki, son dövrlər ikitərəfli münasibətlərdə irəliləyiş, tərəqqi müşaihidə olunmaqdadır. Ötən günlərdə məşhur neft müqaviləsinin müddəti uzadıldı. Bu müqavilədə ABŞ şirkətləri də yaxından iştrak edir. Bundan ələvə, iki ölkənin əməkdaşlıq edə biləcəyi bir sıra başqa sahələr var ki, biz o sahələri diqqətdə saxlayırıq, həmin istiqamətlərdə əlaqələrimizin inkişaf etdirilməsinə çalışırıq”.
Bakcell beynəlxalq ITU Telecom World 2017” sərgisində iştirak edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 25-28 sentyabr tarixində Cənubi Koreya Respublikasının Busan şəhərinə keçirilən Beynəlxalq “ITU Telecom World 2017” sərgisinə qatılıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən xüsusiləşmiş təsisatı - Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən "ITU Telecom World 2017”-də Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini cənab Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. 4 gün davam edəcək tədbirin açılış mərasimi 25 sentyabrda Busan şəhərinin BEXCO sərgi və konfrans mərkəzində baş tutub.
General Rusiyanın Ukrayna ilə bağlı hədəfini açıqladı
Ukraynanın Vinnitskaya vilayətinin Kalinkovka şəhərində yerləşən döyüş sursatı anbarlarında baş verən partlayış Donbasda növbəti hücuma hazırlıq ola bilər. Bu haqda “Obozrevatel” nəşrinə Ukraynanın xarici kəşfiyyatının veteranı, general-leytenant Vasiliy Boqdan bildirib. “Düşmənin növbəti güclü hücuma hazırlığı haqqında danışmaq olar. Ukraynanın silahlı qüvvələrinə ciddi zərər vurulub.
AFFA bu futbolçuları cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasının VI turunda baş vermiş hüquq pozuntuları ilə əlaqədar tədbirlər görülüb. "Sumqayıt”la matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Qarabağ”ın futbolçusu Miçel 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. "İnter”lə görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə"yə 800 manat cərimə kəsilib. 88-ci dəqiqədə "İnter”in futbolçusu İlkin Qırtımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.
Səhiyyə Nazirliyi: Rezidentlər əmək müqaviləsi bağlamaq üçün klinik bazalara müraciət etməlidir
Səhiyyə Nazirliyi bu il rezidenturaya qəbul olanlara müraciət edib. Nazirlikdən verilən xəbərə görə, müraciətdə bildirilir ki, 2017/2018-ci tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslər sentyabrın 30-dək sənədləri təqdim etməlidir.
Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri güclənir
Azərbaycan dövləti bütün parametrlər üzrə işğalçı Ermənistanı geridə qoyur. İstər iqtisadi, istər hərbi, istərsə də diplomatik sahədə. Son vaxtlar müşahidə etdiyimiz proseslər, ortada olan mənzərə belə deməyə əsas verir. Belə ki, bir neçə gün əvvəl “Azəri”, “Çırqa”, “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması Azərbaycanın iqtisadi baxımdan, Azərbaycanın genişmiqyaslı hərbi təlimlər keçirməsi, İsraillə hərbi əməkdaşlıq sahəsində keçirilən görüşlər, “TurAZ Qartalı-2017” adı altında keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri, eləcə də Pakistanın Hərbi Hava Qvvələrinin rəhbərliyinin Azərbaycana səfəri rəsmi Bakının İrəvan qarşısında hərbi üstünlüyünü ortaya qoyurdu. Ən son BMT-nin Baş Assambleyasının sessiyasında Prezident İlham Əliyevin geniş və məzmunlu çıxışı və Ermənistanın timsalında dünyaya etdiyi xəbərdarlıq mesajı Bakının işğalçı ölkə qarşısında diplomatik üstünıüyündən xəbər verirdi. Bununla dövlət başçısı bir daha Azərbaycanın haqq səsi, erməni separatizmi, işğalçılığını dünya ictimaiyyətinə çatdırmış oldu və beynəlxalq aləmi işğalçıya təzyiq göstərməyə çağırdı.
“Kürdüstan” dövlətinin yaradılması region türkünə problemdir
Sentyabrın 25-dən etibarən İraq yeni bir təlatümlü, ağır dövrünə qədəm qoyub. Söhbət qeyd olunan tarixdə Şimali İraqın kürd muxtariyyətinin elan edilməsi ilə bağlı keçiriən referendumdan gedir. Təkcə İranın özü üçün deyil, eyni zamanda qonşuları, ümumilikdə region üçün təhlükə vəd edən bu referendum əslində “Kürdüstan” dövlətinin yaradılmasına hesablanıb. Və bu daha çox Türkiyə üçün ciddi təhlükə vəd edir.
Qərbin böyük layihəsi olan Ərbil projesi
Son illər referendum sözü ən aktual ifadəyə çevrilib. Bir ölkənin Avropa Birliyindən çıxmasından tutmuş, hansısa separatçı qurumların özünü muxtar elan etməsinə qədər bütün məsələlər bu gün referendum yolu ilə həllini tapır.
BMT Təhlükəsizlik Şurasında islahatlar zamanın tələbinə çevrilib
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bununla belə, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin imperativ xarakter daşımaması, təcavüzkarın cəzalandırılması yönümündə heç bir real addımın atılmaması təəssüf hissi doğurur. Ona görə də Azərbaycan bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini daim bildirir.
İstehlakçılar müqavilə bağlayarkən nəyə diqqət etməlidirlər?
Son vaxtlar insanların dövlət və özəl qurumlar tərəfindən aldadılması məsələsi gündəmi zəbt edib. Ən xırda görülən işdən tutmuş bank əməliyyatları və mənzil alqı-satqısına qədər vətəndaşların aldaılmasının şahidi oluruq. Belə ki, tərəflər arasındakı münasibətlərin qanunvericiliklə tənzimlənməsinə baxmayaraq bir çox hallarda sadə vətəndaşların etibarından sui-istifadə hallarına yol verilir. Daha dəqiq, görülən işlər və xidmətlərə görə imzalanan müqavilələr əksər hallarda vətəndaşlar tərəfindən oxunmadan tərtib edilir. Hüquqçünas Alim Hüseynli bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, görülən işlər və göstərilən xidmətlər tərəflər arasında bağlanan müqavilə əsaında həyata keçirilməlidir.
İnformasiya texnologiyalarında yeniliklər dünyanın ən çox diqqət ayırdığı məsələlərdəndir
Bu gün hər birimizin gündəlik istifadə etdiyimiz, interneti onsuz təsəvvür etmədiyimiz Google axtarış sisteminin 19 yaşı tamam olur. 1998-ci ildə Amerikanın Stenford universitetində tələbə yoldaşları olan Larry Page və Sergey Brinin birgə layihəsi nəticəsində meydana çıxan bu axtarış sistemi bu günün dünyanın ən nəhəng şirkətlərindən biridir.
Teatrda PREMYERA
Sentyabrın 29-u saat 19:00-da Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının premyerası baş tutacaq. Olaylar bildirir ki, “Cəza” tək adamlıq psixoloji oyun dramıdır. Tamaşada əsas və yeganə rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edir. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.














