Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri güclənir
Azərbaycan dövləti bütün parametrlər üzrə işğalçı Ermənistanı geridə qoyur. İstər iqtisadi, istər hərbi, istərsə də diplomatik sahədə. Son vaxtlar müşahidə etdiyimiz proseslər, ortada olan mənzərə belə deməyə əsas verir. Belə ki, bir neçə gün əvvəl “Azəri”, “Çırqa”, “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması Azərbaycanın iqtisadi baxımdan, Azərbaycanın genişmiqyaslı hərbi təlimlər keçirməsi, İsraillə hərbi əməkdaşlıq sahəsində keçirilən görüşlər, “TurAZ Qartalı-2017” adı altında keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri, eləcə də Pakistanın Hərbi Hava Qvvələrinin rəhbərliyinin Azərbaycana səfəri rəsmi Bakının İrəvan qarşısında hərbi üstünlüyünü ortaya qoyurdu. Ən son BMT-nin Baş Assambleyasının sessiyasında Prezident İlham Əliyevin geniş və məzmunlu çıxışı və Ermənistanın timsalında dünyaya etdiyi xəbərdarlıq mesajı Bakının işğalçı ölkə qarşısında diplomatik üstünıüyündən xəbər verirdi. Bununla dövlət başçısı bir daha Azərbaycanın haqq səsi, erməni separatizmi, işğalçılığını dünya ictimaiyyətinə çatdırmış oldu və beynəlxalq aləmi işğalçıya təzyiq göstərməyə çağırdı.
27 Sentyabr 2017 13:52 SiyasətAzərbaycan dövləti bütün parametrlər üzrə işğalçı Ermənistanı geridə qoyur. İstər iqtisadi, istər hərbi, istərsə də diplomatik sahədə. Son vaxtlar müşahidə etdiyimiz proseslər, ortada olan mənzərə belə deməyə əsas verir. Belə ki, bir neçə gün əvvəl "Azəri", "Çırqa", "Günəşli" yataqları üzrə yeni sazişin imzalanması Azərbaycanın iqtisadi baxımdan, Azərbaycanın genişmiqyaslı hərbi təlimlər keçirməsi, İsraillə hərbi əməkdaşlıq sahəsində keçirilən görüşlər, "TurAZ Qartalı-2017" adı altında keçirilən Azərbaycan-Türkiyə hərbi təlimləri, eləcə də Pakistanın Hərbi Hava Qvvələrinin rəhbərliyinin Azərbaycana səfəri rəsmi Bakının İrəvan qarşısında hərbi üstünlüyünü ortaya qoyurdu. Ən son BMT-nin Baş Assambleyasının sessiyasında Prezident İlham Əliyevin geniş və məzmunlu çıxışı və Ermənistanın timsalında dünyaya etdiyi xəbərdarlıq mesajı Bakının işğalçı ölkə qarşısında diplomatik üstünıüyündən xəbər verirdi. Bununla dövlət başçısı bir daha Azərbaycanın haqq səsi, erməni separatizmi, işğalçılığını dünya ictimaiyyətinə çatdırmış oldu və beynəlxalq aləmi işğalçıya təzyiq göstərməyə çağırdı.

Millət vəkili Eldar İbrahimov deyir ki, dövlətimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bütün resurslarından səmərəli istifadə etməkdə və hücum diplomatiyası həyata keçirməkdədir. Onun sözlərinə görə, məhz bunun nəticəsidir ki, bu yöndə Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənir: "Bütün dünya dövlətləri birmənalı olaraq ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. İşğalçı Ermənistan isə müxtəlif təxribat və böhtanlarla münaqişənin sülh yolu ilə həllini uzatmağa çalışır. BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev konkret faktlarla Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi". Eldar İbrahimov bildirib ki, işğalçı Ermənistan cəzasız qaldıqca, ona qarşı beynəlxalq hüquq çərçivəsində sanksiyalar tətbiq olunmadıqca Sarkisyan rejimi öz işğalçı siyasətini davam etdirir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında vurğulandığı kimi, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz işğal siyasətini bundan sonra da davam etdirə bilərlər: "Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Dağlıq Qarabağ problemi hələ də öz həllini tapa bilmir. Danışıqlar prosesinin müəyyən vaxtlarında işğalçı dövlətin sülh prosesini pozması dəfələrlə baş verib. Rəsmi Yerevan bu mövqeyini yenə də davam etdirməkdədir. Münaqişənin sülh yolu ilə öz həllini tapmasına daima çalışan ölkəmiz son illərdə əldə etdiyi siyasi-iqtisadi üstünlüklərdən, beynəlxalq hüququn verdiyi imkanlardan da istifadə edə bilər. Bölgənin ən aparıcı dövləti sayılan Azərbaycan həm hərbi, həm də iqtisadi sahədə inkişaf baxımından Ermənistandan qat-qat öndədir. Beynəlxalq hüquq normaları Azərbaycana hər an hərbi əməliyyatlara başlamağa əsas yaradır. Bununla yanaşı, Azərbaycan yenə də sülh danışıqları əsasında problemin həllini tapmasında maraqlı olduğunu beynəlxalq birliyə nümayiş etdirir. Prezident İlham Əliyev BMT-nin ali tribunasından çıxış edərkən Azərbaycanın sülh danışıqlarına sadiq olduğunu bir daha bəyan edib. Bununla yanaşı, dövlətimizin başçısı ikili standartlara son qoyulmasını tələb edərək BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin icra olunmasının vacibliyini vurğulayıb. Cənab Prezidentimiz bu ali tribunadan Ermənistanın indiki dövlət rəhbərinin Xocalı soyqırımının törədilməsində iştirak etdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. İşğalçı Ermənistanın prezidenti Sarkisyan isə çıxışında həmişəki kimi beynəlxalq birliyi aldatmağa çalışdı və Azərbaycana qarşı şər, böhtan səsləndirdi. Amma Prezident İlham Əliyev konkret faktlarla Sarkisyanı susdurdu. Bütövlükdə, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı milli maraqlarımızın müdafiəsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından tarixi hadisədir".

Millət vəkili Eldəniz Səlimov isə qeyd edib ki, Azərbaycan hər zaman Dağlıq Qarabağ probleminin sülh, danışıqlar yolu ilə tərəfdarıdır və buna görə də danışıqlar prosesinin davam etməsində maraqlıdır: "Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən, BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın təcavüzkar siyasəti ilə bağlı mövqeyini bildrir və işğalçı dövlətin münaqişənin sülh yolu həllində maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, ATƏT-in Minsk qrupunun, həmsədrlərin fəaliyyəti qaneedici, qənaətbəxş deyil və Azərbaycan xalqı onların fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş, müsbətə doğru addım yoxdur". Millət vəkilinin sözlərinə görə, bu baxımdan, BMT Baş Assambleyasının 72-ci sessiyasında ölkə Prezidenti İlham Əliyevin çıxışı həm Ermənistan, həm də beynəlxalq birlik üçün ciddi mesajdır: "Ölkəmizin rəhbəri çıxışında bildirdi ki, Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır. Bunun üçün isə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri icra olunmalıdır. Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır"-deyən E. Səlimov qeyd edib ki, işğalçı, təcavüzkar Ermənistan müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır:"Ölkəmiz, xalqımız isə belə vəziyyətin davam etməsini qəbuledilməz sayır. Ona görə də, beynəlxalq birlik, o cümlədən BMT, ATƏT və digər beynəlxalq qurumlar konkret nəticələrə hesablanmış addımlar atmalıdırlar".
Millət vəkili həmçinin bildirib ki, cinayətkar Ermənistanın prezidenti də BMT-də şər və böhtan dolu çıxış etdi: "Serj Sarkisyan mövcud reallıqları təhrif etməyə cəhd göstərdi və Azərbaycana qarşı iftiralar atmaqla saxta, böhtan dolu çıxış etdi. Amma erməni yalanları artıq dünyada ciddi qəbul olunmur və artıq bu gedişlə qəbul olunmayacaq da. Prezidentimizin BMT-də çıxışı isə bir daha informasiya müharibəsində təcavüzkar Ermənistana ağır və sarcıdıcı zərbə oldu".
Füzuli