“Kürdüstan” dövlətinin yaradılması region türkünə problemdir
Sentyabrın 25-dən etibarən İraq yeni bir təlatümlü, ağır dövrünə qədəm qoyub. Söhbət qeyd olunan tarixdə Şimali İraqın kürd muxtariyyətinin elan edilməsi ilə bağlı keçiriən referendumdan gedir. Təkcə İranın özü üçün deyil, eyni zamanda qonşuları, ümumilikdə region üçün təhlükə vəd edən bu referendum əslində “Kürdüstan” dövlətinin yaradılmasına hesablanıb. Və bu daha çox Türkiyə üçün ciddi təhlükə vəd edir.
27 Sentyabr 2017 13:49 DünyaSentyabrın 25-dən etibarən İraq yeni bir təlatümlü, ağır dövrünə qədəm qoyub. Söhbət qeyd olunan tarixdə Şimali İraqın kürd muxtariyyətinin elan edilməsi ilə bağlı keçiriən referendumdan gedir. Təkcə İranın özü üçün deyil, eyni zamanda qonşuları, ümumilikdə region üçün təhlükə vəd edən bu referendum əslində "Kürdüstan" dövlətinin yaradılmasına hesablanıb. Və bu daha çox Türkiyə üçün ciddi təhlükə vəd edir. Elə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da bu qənaətdədir. O, bildirib ki, Kürdüstan dövlətinin yaranışı region türkünün problemidir. İlqar Altayın sözlərinə görə, Yaxın Şərqdə neçə illik proseslər o həddə çatdı ya çatdırıldı ki, kūrdlərin referendum keçirib öz mūstəqilliyini elan etmək şansı yarandı: "Bu gūn isə kūrdlər həmin şansdan yararlanırlar. Bunun sonrası nə olacaq, o maraqlı sualdır, onu analiz və proqnoz etmək lazımdır. Bir əsas şey məlumdur ki, ermənilər kimi uzun illərdi kūrdlər də özlərinin başlıca milli dūşmən obrazını tūrk millətində görūrlərsə, indi onların Gūney Azərbaycan, tūrkmən və Tūrkiyə tūrklərinin ortasında dövlət qurması heç də yaxşılıga dogru deyil. Uzun illər idi mūstəqil kūrd dövlətinin yaradılması Qərb və Rusiyanın maraqlarının ūst-ūstə dūşməsi ilə gūndəmdə idi. Buna isə mane olan Tūrkiyənin layiqli NATO mūttəfiqi olması ilə Qərbin bu prosesi önləməsi idi. Görūnūr, Qərb son dövrlər fikrini dəyişib. Təbii ki, region qonşu dövlətlərin də bu məsələ ilə baglı birmənalı əks-mövqe tutmaması işin bu həddə gətirilməsinə təkan verdi. PKK-ya IŞID-ə olan kimi sərt movqesizlik, kūrd separatizmini təşkil, tənzim edən siyasi partiyalar və liderlərə imkanlar yaradılması, Ə. Bərzaninin kūrd lideri kimi tanınması, qəbulu və sair".
Bu arada bir məqama xüsusi diqqət çəkmək lazımdır. Belə ki, Şimali İraqda keçirilən muxtariyyət referendumu və "Kürdüstan" dövlətinin yaradılmasının artıq reallığa çevrilməsi bəzi separatçı ünsürləri də fəallaşdırıb. Təəssüfedici məqam ondan ibarətdir ki, Azərbaycanın daxilində də belə şəxslər var və onlar "Kürdüstan" dövlətinin yaradılması ideyasına dəstək nümayiş etdirirlər. Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşı Füzuli Tanriverdiyevin timalında bunu aydın görmək mümkündür. Əvvəl canı dildən Kürdüstan dövləti ideyasını dəstəklədiyini ifadə edən, sonradan bir ehtiyatlanıb əvvəlki fikirlərindən imtina edən, daha sonra separatçılıq əməllərinə görə, işdən azad ediləcəyi təqdirdə pasportunu yandıracağı hədəsini səsləndirən bu şəxs əslində dövlətə, dövlət qurumlara meydan oxuyur və təhdid edir. Elə bunun özü də separatçılıq ab-havası, meyli deməkdir. İlqar Altay deyir ki, Laçın rayonu İcra Hakimiyyətinin məmurunun "Kürdüstan Referendumu" ilə bağlı mūsahibəsində dövlətə, xalqa qarşı mənfi ifadə olmasa da, separatçılığa dəstək və milli pasporta hörmətsizlik var: "Məncə onun əsas mənfi və yanlışlığı budur. Kūrd separatizmi istər İraq, istər harada olsa qətiyyətlə pislənməlidir. Ancaq məncə indiki halda biz bu məsələdə emosiyaya qapilıb ifrata varmaqda kürdlərə qonşu olan Tūrkiyə, Suriya, Iran, İraq kimi dövlətləri ötūb geridə qoymaga çalışmamalıyıq. Mən çıxış, mūsahibə və yazılarım boyu dövlətimizin tūrk milli çoxlugu əsasındakı formasiyasını, milli dəyər və hissin qorunmasını imkan dūşən hər an, fūrsətdə qeyd edirəm. Amma eyni anda dūşūnmək lazımdır ki biz çoxmillətli sivil mūasir ölkə sahibləriyik. Bu ölkəni, dövləti, xalqı özūnūn dogması hesab edən hər vətəndaş eyni hūquqla yaşayır. Milliyyətçilik agıllı davranış, ictimai zəka və digər millətlərə hörmətdən doğan sabit davamlılıq və dayanıq əldə edir. Davranış və siyasətinlə kəndi millətinə hörmət və etmad qazandırmaqdan keçir. Sözsūz ki, bu gūn Iraq ərazisində "Kūrdūstan Dovləti" elan edilməsi Turkiyə, Azərbaycan, ūmumtūrk birliyi və region sabitliyi əleyhinə olan hadisədir. Mənim narahatçılıgım, fikrim odur ki, bu hadisəyə qarşı agılla, siyasətlə çıxaq. Bundan həyəcan, stress hissinə qapılıb emosiya ilə öz ölkədaxili milli mūnasibətlər sistemini pozub dövlətçiliyə zədə verməyək". İlqar Altay deyib ki, sabah Tūrkiyə, Iran və sair ölkələrin liderləri yenə Bərzanini kūrd lideri kimi qəbul edib, öpūşūb görūşərək böyūrlərində oturdanda biz burada ofsaydda qalıb dövlətçiliyi silkələyə biləcək yeni bir ölkədaxili vətəndaş qarşıdurması təlatūmū yaşamayaq: "Bu bir siyasətdir, bir böyük oyundur Kürdüstan məsələsi. Budur naraharçılıq. Bir kūrd əsilli kiçik məmur böyük bir qələt edib. Bu pis qələtə cavab nə olmalıdır? Huquq-mūhafizə orqanları araşdırmalı, inzibati rəhbərliyi sərt cəzalandırmalı, cəmiyyət də ictimai qınaga tutmalıdır. Amma bunu ūmummilli şok yaradan faciə kimi tirajlayıb, ictimai təlatūm ajiotaj yaradıb milli dūşmənçilik zəminində ölkədəki kūrd əsilli insanlara ūmumi hūcum yaratmaq bizə nə verər? Azərbaycandan dözūmsūz varvar ölkəsi obrazı yaratmaq istəyən dūşmənlərin, ermənilərin istədiyini. Hər dəfə inpulsiv emosiya ilə idarə olunub beləcə qızışırıq və qızışdıqca da uduzuruq".
Süleyman