Gündəm

Rusiya və Əsəd rejimi xəstəxana və məktəblərə hvavadan hücum etdi

27 Sentyabr 2017 15:26

Suriyanın İdlib və Hələb şəhərlərində 8 gün ərzində təşkil edilən hücumlar zamanı 7 xəstəxana, 6 məktəbin vurulub. Olaylar bildirir ki, 19 sentyabrdan hücumlara məruz qalan xəstəxana və məktəblər boşaldılıb. Məlumata əsasən Hələbin Darət qəsəbəsində 1, İdlibin Kəfər Nəbil qəsəbəsində 3, Xan Seyhun, Tih, Cist əş Şugur qəsəbələrində 1 xəstəxana hava hücumları ilə məhv edilib və 3 nəfər həlak olub.

İnternet portalının rəhbərinə xəbərdarlıq edilib

27 Sentyabr 2017 15:24

Baş Prokurorluqda aparılmış araşdırmalarla “Ovqat.com” internet saytının baş redaktoru Heydər Həşimov  tərəfindən cinayət-prosessual qanunvericiliyin, habelə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələbləri pozulmaqla Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Cahangir Hacıyev və qeyriləri barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi üzrə istintaq aparıldığı halda, ibtidai araşdırmanın maraqlarına zidd olaraq sensasiya yaratmaq naminə C.Hacıyevdən müsahibə alınaraq ictimailəşdirilməsi müəyyən edilmişdir.

Miqrasiya sahəsində əməkdaşlıq məslələri müzakirə edilib

27 Sentyabr 2017 15:15

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüşüb. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, görüşdə ölkələr arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrdən danışılıb. Bildirilib ki, Azərbaycan ilə Tacikistan bir-birinə dost ölkələrdir. Əminlik ifadə edilib ki, iki dövlət arasında formalaşmış dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi yolunda səylər bundan sonra da davam etdiriləcək.

Monteneqro ilə hüquqi sahədə əməkdaşlıq genişlənir

27 Sentyabr 2017 15:10

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Azərbaycan və Monteneqro arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin müstəsna rolunu vurğulayıb. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət edən islahatlar, o cümlədən məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verib, məhkəmə və ədliyyə orqanları arasında əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib.

Avtomobilin gizlin saxlanc yerində telefon aşkar edilib

27 Sentyabr 2017 14:58

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarina qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VOLKSVAGEN PASSAT” markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

DGK-dan təkzib açıqlaması

27 Sentyabr 2017 14:56

Bu gün bir sıra kütləvi informasiya vasitələrində Türkiyədə fəaliyyət göstərən media orqanlarına istinadən qonşu ölkənin Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsinin saxlanıldığı, nəqliyyat vasitəsinin qoşqusunda aşkar edilən Azərbaycan vətəndaşları və əfqanlardan ibarət 200-dən artıq miqrantın Bakıda pul müqabilində nəqliyyat vasitəsinə mindirilərək qeyri-qanuni yollarla Avropaya daşındığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Azərbaycan-İsveçrə əlaqələri inkişaf edir

27 Sentyabr 2017 14:54

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova İsveçrə Konfederasiyası Xarici İşlər Nazirliyinin (XİN)  Avropa, Mərkəzi Asiya, Avropa Şurası, ATƏT şöbəsinin rəhbəri Nikola Brülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Avtomobil qaçırıb satan şəxslər tutulub

27 Sentyabr 2017 14:53

Avtomobil qaçırmaqda şübhəli bilinən Beyləqan və Samux rayon sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 5-də Bakı şəhər sakini Fərid Məmmədovun məxsus “Daewoo” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Beyləqan rayon sakini Orxan Hüseynov və Samux rayon sakini Elnur Həsənov tutulublar. Araşdırmalar zamanı onların avtomobili Gəncə şəhəri ərazisində şəhər sakini olan bir nəfərə 1300 manata satmaları müəyyən edilib.

5 mindən çox yaşayış məntəqəsi, 270 min kvadrat kilometr ərazi... – Türkiyəyə qarşı ŞOK PLAN

27 Sentyabr 2017 14:50

İraq və Suriyanı bölməyi qarşısına məqsəd qoyan Məsud Bərzani-PKK ittifaqının növbəti hədəfi Anadoludur. Bu haqda Türkiyənin “Yeni Şəfəq” nəşri yazıb. Nəşr qeyd edir ki, Türkiyənin 270 min kvadrat kilometrlik ərazisini “Böyük Kürdüstan” xəritəsinə daxil edən Bərzani-PKK ittifaqı İraq və Suriyadan sonra Türkiyəyə hücum etməyi planlaşdırır.

Referendum hələ müstəqillik demək deyil

27 Sentyabr 2017 14:48

İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqilliklə bağlı keçirilən referendum başa çatıb. Məlumata görə, səsvermə siyahısında 5,2 milyon insan olub və onların 78 faizi səs verib. Səsvermədə iştirak edənlərin 93,29 % referendumun lehinə, 6,71 % isə əleyhinə səs verib. Nəticələr bəlli olduqdan sonra muxtar vilayətin rəhbərliyi açıqlama verərək, bütün etnik azlıqları qoruyacaqlarına söz verib.

Evləri qarət edən keçmiş məhkum saxlanıb

27 Sentyabr 2017 14:43

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən”Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il iyunun 15-də rayon ərazisindəki evlərin birindən 300 manat və 1200 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqil Abbasov tutulub.

Adana film festivalında Cahangir Novruzova həsr olunan filmin təqdimatı keçirilib

27 Sentyabr 2017 14:42

Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə bu şəhərdə keçirilən XXIV Beynəlxalq Adana Film Festivali çərçivəsində Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədr müavini Cahangir Zeynalov haqqında "2 Dil 1 Harmoni" adlı bioqrafik sənədli filmin təqdimatı olub. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Sinema İdarəsi Müdirliyinin sifarişi ilə çəkilən filmin quruluşçu rejissoru və prodüsseri əslən azərbaycanlı olan hazırda Türkiyədə yaşayan Nəcibə Abbasovadır.

"Sən də oxu!" adlı kitab xeyriyyə aksiyası keçiriləcək

27 Sentyabr 2017 14:42

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Gənclər Təşkilatları Milli Şurası tərəfindən Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun "Global Shapers" İcmasının dəstəyi ilə "Sən də oxu!" adlı kitab xeyriyyə aksiyası keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Milli Şuradan daxil olub.

Deputat təhlükəsizlik orqanlarına da çağırış edib

27 Sentyabr 2017 14:39

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda rəsmi vəzifə tutan məmurun – Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən referenduma haqq qazandırmasını pisləyib. Deputat onun “Azərbaycan pasportumu yandıracağam” sözlərindən isə hiddətlənib. Məlumatına görə, Fazil Mustafa bu haqda belə deyib: “Azərbaycanın mühüm dövlət qurumlarından biri olan rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş militan deyir ki, “məni işdən müstıqil Kürdüstana görə çıxarsanız, mən də gedib Azərbaycan pasportumu yandıracağam”.

Neftin bahalaşmasına hansı amillər təsir göstərir?

27 Sentyabr 2017 14:37

Artıq bir neçə ildir ki, nəzərə çarpacaq dərəcədə aşağı düşən neft qiymətlərində son vaxtlar az da olsa artım müşahidə edillir. Düzdür, hazırkı qiymətlər əsas neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan üçün o qədər də səmərəli sayılmasa da, lakin bütün halda qiymətlərin az da olsa artması iqtisadiyyata müəyyən mənada öz müsbət təsirini göstərir. Nəzərə alsaq ki, bir müddət əvvəl Bakıda “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsi ilə bağlı yeni bir müqavilə imzalandı və həmin müqavilə 2050-ci ilə qədər olan dövrü əhatə edəcək, o zaman dünya bazarlarında neftin qiymətlərinin artmasının Azərbaycana əsaslı dərəcədə müsbət təsir göstərəcəyini söyləyə bilərik.