Gündəm
Cəzaçəkmə müəssisəsinə başçəkmə həyata keçirilib
İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Milli Preventiv Qrupu (MPQ) tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin tibbi-sanitar hissəsinə, yataqxana korpuslarına, cərimə təcridxanasına, görüş yerlərinə, yeməkxanaya və digər obyektlərə baxışlar təşkil olunub.
İran parlamenti fövqəladə iclas keçirdi
İraqın Kürdüstan bölgəsində keçirilmiş referendumla əlaqədar İran parlamenti fövqəladə iclasa yığışıb. Məlumata görə, qapalı keçirilən fövqəladə iclasda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani də iştirak edib.
Demokratiyanın mühüm göstəricisi-siyasi plüralizm
Azərbaycan tarixində ikinci dəfə, XX əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra demokratik bir ölkə olaraq inkişaf etməyə başladı. Demokratik bir ölkənin əsas diqqət yetirdiyi məsələlər demokratik prinsiplər sayılırdı ki, Azərbaycan da öz növbəsində vacib demokratik prinsiplərin ölkədə təmin edilməsi istiqamətində müntəzəm olaraq addımlar atdı, onların tətbiqinə başladı. Aradan keçən 25 ildən artıq müddətdə əyani şəkildə müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Azərbaycanda bütün demokratik prinsiplər tam şəkildə qorunur.
Neapol-Bakı Assosiasiyasının prezidenti ADU-da olub
Azərbaycan Dillər Universitetinin İtalyan dili mərkəzinin təşəbbüsü ilə Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniqlia universitetin Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin italyan dili ixtisasında təhsil alan I və III kurs tələbələri ilə görüş keçirib. O, “Bakı və Neapol şəhərlərinin qardaşlaşmış şəhərlər olmasının 45 illiyi və İtaliya-Azərbaycan diplomatik əlaqələrinin 25 illiyi” mövzusunda çıxış edib.
Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatı"nda 35-ci oldu
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb.
Kef məclisində Kərkükə ağlamaq
Somalidə uşaqlar acdır. Su tapmır. Bizimkilər kədərlənir. Kondisioner altında somalilərin dərdinə yanır. Uyğurlarla çinlilər qırğına çıxır. Qarşılıqlı bir-birlərinin dərisini soyur, asırlar, yeyirlər. Bizimkilər yenə kədərli. Videolar paylaşılır. Elçibəy dövründən bu günə kimi əlimizdə qalan şanlı Turan eli bayrağını Çinə sancamağa can atırıq. Yenə göz yaşı, kədər.
Qəzada ölən uşaqlar bu məktəbdə oxuyurmuşlar
Dünən baş verən dəhşətli qəzada dünyasını dəyişən 3 nəfər Qax rayonunun Baydarlı kənd tam orta məktəbinin şagirdləri olub. Turanə Kazımova 10-cu, Sahib Bayramlı 9-cu, qardaşı Cavid Bayramlı isə 7-ci sinif şagirdləri olub. Onlar valideynləri ilə birlikdə Bakıdan Qaxa gedirdilər.
"5 noutbuk, 156 stul, 14 stol götürmüşəm" - İşlədiyi məktəbi talan edən şəxs danışdı - VİDEO
Suraxanı rayonunda yerləşən orta məktəblərin birində qeydə alınmış oğurluq faktının üstünün açılması istiqamətində paytaxt polisi xüsusi əməliyyat tədbiri həyata keçirib. Bu barədə məktəb rəhbərliyi tərəfindən nazirliyin "102" Zəng Mərkəzinə məlumat daxil olub və bildirilib ki, müxtəlif vaxtlarda təhsil müəssisəsinin saxlanc yerindən 5 ədəd noutbuk, 1 ədəd fərdi kompüter, 156 ədəd stul və 14 ədəd yumşaq oturacaq dəsti oğurlanıb. Suraxanı Rayon Polis İdarəsi (RPİ) və 32-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən cinayətin həmin məktəbin texniki işçisi, paytaxt sakini Azər Kərimov tərəfindən törədildiyi müəyyən edilib və o saxlanılaraq istintaqa təhvil verilib.
Xoşqədəmin verilişlərindən biri bağlandı
Aparıcı Xoşqədəm Hidayətqızının "Xəzər" telekanalında olan iki verilişindən birinin yayımı dayandırılıb. Aparıcının "Bizə danış" verilişi ötən televiziya mövsümündə həftə içi beş gün, "Səni axtarıram" isə bazar günləri efirə gedirdi. Yeni mövsümdən bazar günü yayımlanan efir dayandırılıb. "Səni axtarıram" artıq həftə içi beş gün efirə gedir. "Bizə danış" proqramı isə yayımdan yığışdırılıb.
Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin təqdimatı olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin hazırlanması üzrə missiyası ilə görüş olub. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq, ölkəmizdə əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirləri diqqətə çatdırıb.
Müğənnilər ATV-də sənətçilərə qoyulan qadağadan DANIŞDILAR
ATV-nin prezidenti vəzifəsindən uzaqlaşdırılan Vüqar Qaradağlının bəzi sənətçilərə efirdə qadağası qoyduğu barədə məlumatlar tirajlanıb. Bəzi KİV-lərdə dərc olunmuş xəbərlə əlaqədar bir neçə sənətçiyə sorğu ünvanladıq.
Kürdləri kimlər qızışdırır? - Bərzaninin arxasındakı güclər
Heç kimə sirr deyil ki, separatçı hərəkətların arxasında müəyyən xarici qüvvələr durur. Bu, günümüzün reallığıdır. Böyük güclər nə qədər bəyan etsələr ki, separatizmin əleyhinədirlər, müstəqil dövlətlərin ərazi bütövlüyündən yanadırlar, amma maraqlar üstün gələn zaman bunu gözardı edilir.
Pilot reysdə öldü
Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways" aviaşirkətinin pilotu Əbu Dabidən Amsterdama uçan təyyarəni idarə edərkən, səmada keçinib.
Pentaqon rəhbərinə Kabildə raket şoku
ABŞ-ın müdafiə naziri Ceyms Mettis və NATO-nun baş katibi Yens Stoltenberq Əfqanıstana səfər edib. Mettis və Yensin səfəri qeyri-rəsmidir və əvvəlcədən planlaşdırılmayıb. Stoltenberq və Ceyms təyyarədən endikdən sonra Kabil hava limanında raket səsləri eşidilib. Əldə edilən xəbərə əsasən, hava limanına 6 raket zərbəsi endirilib. Bütün uçuşlar ləğv edilib və hava limanında təxliyyə başlayıb. İnsident nəticəsində ölən və yaralanan olmayıb. Həm Taliban, həm də İŞİD hücuma görə məsuliyyəti öz boynuna götürüb.
Baş prokuror Siyəzən şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.














