Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin təqdimatı olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin hazırlanması üzrə missiyası ilə görüş olub. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq, ölkəmizdə əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirləri diqqətə çatdırıb.
27 Sentyabr 2017 15:45 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsinin hazırlanması üzrə missiyası ilə görüş olub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinə uyğun olaraq, ölkəmizdə əmək resurslarının səmərəli məşğulluğuna şərait yaradılması istiqamətində həyata keçirilən kompleks tədbirləri diqqətə çatdırıb. Nazir milli iqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi nəticəsində yeni iş yerlərinin yaradılmasının daimi xarakter aldığını, məşğulluq imkanlarının artırılmasının işsizliyin kəskin şəkildə aşağı enməsi ilə nəticələndiyini qeyd edib: "Son illərdə dünya iqtisadiyyatında yaşanan kəskin böhranın ilk növbədə əmək bazarına mənfi təsir göstərməsinə baxmayaraq, milli səviyyədə reallaşdırılan çevik və məqdsədyönlü tədbirlər bu təsirin qarşısının alınmasına, əmək bazarında sabitliyin qorunub saxlanması ilə, eyni zamanda, məşğulluğun artırılmasına imkan verib. Xüsusən də kənd rayonlarında ənənəvi iqtisadi fəaliyyət sahələrinin dövlətin ardıcıl dəstəyi ilə inkişaf etdirilməsi və məşğulluq imkanlarının artırılması urbanizasiya probleminin həllində mühüm rol oynayıb. Yəni əvvəllərdə iş üçün kəndlərdən şəhərlərə axın mövcud olduğu halda, son illərdə bu proses əks istiqamətdə, yəni şəhərlərdən kəndlərə qayıdışla əvəz olunmağa başlayıb". Nazir ölkəmizdə icra olunan əmək bazarı proqramları, o cümlədən özünüməşğulluq proqramı barədə məlumat verib, bu proqramın aztəminatlı əhalinin tədricən ünvanlı yardım sistemindən özünüməşğulluq sisteminə keçidinə, beləliklə, onlar arasında ələbaxımlılığın qarşısını almağa və onlarda sahibkarlıq fəaliyyətini stimullaşdırmağa şərait yaratdığını bildirib.
Dünya Bankı ilə həyata keçirilən əməkdaşlıqdan bəhs edən S.Müslümov ötən dövrdə birgə icra olunan "Azərbaycan Respublikasında Pensiya və Sosial Yardım islahatı Layihəsi", "Pensiya və Sosial Təminat Layihəsi" və "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin uğurlu nəticələrinin olduğunu vurğulayıb. Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi təmsil etdiyi təşkilatla Azərbaycan arasında ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu vurğulayıb, Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsi barədə ətraflı məlumat verib. Dünya Bankının sosial inkişaf üzrə baş mütəxəssisi, Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsi üzrə tapşırıq qrupunun həmrəhbəri Tara Şarafudhin Azərbaycan Üçüncü Kənd İnvestisiyaları Layihəsi barədə təqdimatla çıxış edib.