Demokratiyanın mühüm göstəricisi-siyasi plüralizm
Azərbaycan tarixində ikinci dəfə, XX əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra demokratik bir ölkə olaraq inkişaf etməyə başladı. Demokratik bir ölkənin əsas diqqət yetirdiyi məsələlər demokratik prinsiplər sayılırdı ki, Azərbaycan da öz növbəsində vacib demokratik prinsiplərin ölkədə təmin edilməsi istiqamətində müntəzəm olaraq addımlar atdı, onların tətbiqinə başladı. Aradan keçən 25 ildən artıq müddətdə əyani şəkildə müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Azərbaycanda bütün demokratik prinsiplər tam şəkildə qorunur.
27 Sentyabr 2017 16:16 SosialAzərbaycan tarixində ikinci dəfə, XX əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra demokratik bir ölkə olaraq inkişaf etməyə başladı. Demokratik bir ölkənin əsas diqqət yetirdiyi məsələlər demokratik prinsiplər sayılırdı ki, Azərbaycan da öz növbəsində vacib demokratik prinsiplərin ölkədə təmin edilməsi istiqamətində müntəzəm olaraq addımlar atdı, onların tətbiqinə başladı. Aradan keçən 25 ildən artıq müddətdə əyani şəkildə müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Azərbaycanda bütün demokratik prinsiplər tam şəkildə qorunur.
Demokratik prinsiplərin ön sıralarında gələn əsas göstəricilərdən biri də bu və ya digər ölkədə siyasi plüralizmin təmin olunmasıdır ki, qətiyyətlə demək olar ki, bu sahədə Azərbaycanda vəziyyət qənaətbəxşdir və siyasi plüralizm ən yüksək səviyyədə təımin edilir. Siyasi plüralizmin göstəricilərindən biri məlum olduğu kimi sərbəst toplaşmaq azadlığıdır. Xarakterinə və təbiətinə görə sərbəst toplanmaq azadlığı ictimai-siyasi hüquqlar sırasına aiddir. Ona görə ki, sərbəst toplaşmaq siyasi məzmunlu tələblərin bildirilməsi ilə bağlıdır. Digər tərəfdən bu hüquqdan siyasi qüvvələr bir-birinə qarşılıqlı təsir göstərmək məqsədilə istifadə edirlər.
Yığıncaq dedikdə, şəxslərin hər hansı məsələni birlikdə müzakirə etmək və həmin məsələyə dair qərar qəbul etmək məqsədilə keçirdiyi toplantı başa düşülür. Mitinq keçirilən elə bir kütləvi tədbirdir ki, bu tədbirin vasitəsiulə toplaşmış şəxslər ümuimi fikirlərini ifadə edir, ümumi çağırışlar edir və ya tələblər irəli sürürlər. Nümayiş dedikdə, bir qrup şəxsin ictimai və dövlət həyatı ilə baölı məsələlərə dair öz fikirlərini bildirməsi başa düşülür.
Məlumat azadlığı-İnformasiya (məlumat) azadlığı dedikdə, şəxsin istədiyi informasiyanı (məlumatı) qanuni yolla axtarmaq, əldə etmək, hazırlamaq və yaymaq hüququ başa düşülür.
Məqsədinə (təyinatına) görə, informasiya iki cür olur. kütləvi informasiya; qeyri-kütləvi informasiya. Geniş əhali kütləsi üçün nəzərdə tutulan informasiya kütləvi informasiya adlanır.
Qeyri-kütləvi informasiya isə geniş əhali kütləsi və hamı üçün nəzərdə tutlmayan informasiyadır. Bu növ informasiya müəyyən qrup şəxsin, şəxsin və dövlətin istifadəsi üçün əldə edilir. Konstitusiyada qeyri-kütləvi informasiyanın yox, kütləvi informasiyanın azadlığına təminat verir.
Dövlətin idarə olunmasında iştirak etmək hüququ. Dövlətin idarə olunmasında iştirak etmək hüququ əsas ictimai-siyasi hüquqlardan biridir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin hüquq Azərbaycan Respublikası vətəndaşlarına öz dövlətinin idarə olunmasında iştirak etmək imkanı verir.
Bilavasitə yolun mahiyyəti vətəndaşların referendumda (ümumxalq səsvermədə) iştirak etməsindən ibarətdir. Bu yolla vətəndaşlar dövlət və ictimai həyatın ən vacib məsələlərini həll etmək üçün səsvermədə iştirak edirlər.
Dövlət qulluğuna girmək yolunun mahiyyəti ondan ibarətdir ki, vətəndaşlar dövlət orqanlarında xidmət (qulluq) etməklə dövlətin idarə olunmasında iştirak edirlər. Həmin vətəndaşlar dövlət qulluqçuları adlanır.
Süçki hüququ. Referendumda (ümumxalq səsverməsində) iştirak etməklə vətəndaşlar dövlət və ictimai həyatın ən mühüm və vacib məsələləri barəsində öz iradələrini bildirirlər. Bununla onlar seçki hüququnu həyata keçirirlər. Referendumda iştirak etmək sözün həqiqi mənasında seçki hüququnu həyata keçirmək deməkdir.
Vətəndaşların süçmək imkanına aktiv seçki hüququ deyilir. Rederendumda iştirak etmək aktiv süçki hüququna aiddir. Azərbaycan Respublikasının vətəndaşları yalnız 18 yaş həddinə çatdıqda aktiv süçki hüququna malik olurlar.
Vətəndaşların seçilmək hüququ dedikdə, onların nümayəndəli orqanlara (həm nümayəndəli dövlət orqanlarına, həm nümayəndəli yerli özünüidarə orqanına), habelə seçkili vəzifəyə seçilmək hüququ başa düşülür. Söhbət vətəndaşların Milli Məclisə deputat, prezident, bələdiyyə üzvü süçilmək hüququndan gedir.
Vətəndaşların seçilmək imkanına passiv seçki hüququ deyilir. Vətəndaşların Milli Məclisə deputat süçolmələri üçün onların 25 yaşa, prezident seçilmələriu üçün 35 yaşa, bələdiyyə üzvü süçilmələri üçün 21 yaşa çatmaları tələb olunur.
Vətəndaşlar seçkilərdə ümumi, bərabər və birbaşa süçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər.
Ümumi süçki hüququ dedikdə, 18 yaşa çatmış və seçki hüququ məhdudlaşdırılmamış vətəndaşların irqindən, milliyyətindən, dinindən və s. asılı olmayaraq səs vermək imkanı başa düşülür.
Bərabər seçki hüququ onu ifadə edir ki, səsvermə zamanı hər bir vətəndaş yalnız bir səsə malik olur və bu səsin başqalarının səsi ilə eyni (bərabər) hüquqi qüvvəsi vardır. Kiminsə səsinə üstünlük verilmir.
Birbaşa süçki hüququ o deməkdir ki, hər bir vətəndaşın yalnız bir namizədə (özü də birbaşa) səs verməyə ixtiyarı çatır. Eyni vaxtda iki və daha çox namizədə səs verilməsi qadağandır.
Sərbəst seçki hüququ onu ifadə edir ki, vətəndaşlar seçkilərdə azad və heç kəsdən asılı olmadan öz iradəsini ifadə edə bilərlər. Seçkilərdə iştirak edib-etməməsi, hansı namizədə səs verib-verməməsi məsələsini vətəndaşın özü həll edir.
Gizli səsvermə onu ifadə edir ki, seçkilər keçirilərkən, səsvermə gizli olur və səsvermə prosesinə kənar şəxslərin meüdaxilə etməsinə yol verilmir.
Şəxsi səsvermə dedikdə, vətəndaşın şəxsən özünün səsverməsi başa düşülür. Vətəndaşın başqa şəxsin əvəzinə səsverməsinə yol verilmir.
Ümumiyyətlə, siyasi hüquq və azadlıqlar vətəndaşın əsas konstitusiya hüquq və azadlıqları hesab olunur. Siyasi hüquq və azadlıqlara konstitusiyanın (49, 50, 52, 54 - 58-ci maddələrdə) təsbit olunub. Bu baxımdan da hüquq və azadlıqlar dövlətin təbiətini müəyyənləşdirir. Hakimiyyət üzərində nəzarət vasitəsidir, demokratik rejimin və hüquqi dövlətin əsas əlamətidir. Hüquqi dövlətin əsas əlamətlərindən biri kimi siyasi hüquq və azadlıqlar: dövlətin və onun orqanlarının fəaliyyəti və təşkilində demokratiyanın bilavasitə və müxtəlif nümayəndəli formalarında iştiraketmək səlahiyyətidir.
Hüquqi dövlətdə heç bir vətəndaş söz azadlığına görə təqib oluna bilməz. Məlumat azadlığı söz azadlığından ayrılmazdır. Konstitusiyanın 50-ci maddəsində hər kəsin istədiyi məlumatı hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığına, kütləvi informasiyanın azadlığına təminat verildiyi, KİV-də, mətbuatda dövlət senzurasının qadağan olunduğu təsbit edilib. Bu baxımdan qətiyyətlə demək mümkündür ki, Azərbaycanda da söz azadlığına görə heç kim təqib edilmir və bu iddiada olanlar tamamilə yanılırlar. Yaınız söz, mətbuat, informasiya azadlığı müəyyən qaydalar daxilində məhdudlaşdırıla bilər. Söz azadlığının məhdudlaşdırılması iki əhəmiyyət kəsb edir. Birincisi, o qadağanedici normaların (etika, hüquq) xarakterinə əsaslanır. İkincisi, o, normaların təsir yönümünə (din, hakimiyyət, şəxsiyyət) aiddir. Müasir konstitusiyalarda vətəndaşların siyasi fəallığının formalarından biri kimi sərbəst toplaşmaq hüququ təsbit olunmuşdur. Konstitusiyanın 49-cu maddəsində "hər kəsin başqaları ilə birlikdə sərbəst yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququna təminat" verilmişdir. Bu demokratik təsisatlar ictimai və hüquqi dövlət həyatının problemlərinə dair kütləvi və fərdi münasibətin açıq formasını ifadə edir. Sərbəst toplaşmaq hüququ vətəndaş cəmiyyətinin dövlət hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət vasitəsi, müasir demokratik dövlət atributludur.
İctimai təşkilatlarda və birliklərdə birləşmək hüququ vətəndaşın siyasi fəallığını artırır, cəmiyyətin ictimai-siyasi həyatında iştirakını təmin edir. İctimai birliklərin və təşkilatların aşağıdakı formaları mövcuddur: ictimai hərəkatlar, ictimai fondlar, siyasi partiyalar, həmkarlar ittifaqları, sahibkarlıq və xeyriyyə cəmiyyətləri və s. Gizlin hərbiləşdirilmiş təşkilatların, konstitusiya quruluşunu zorla devirmək məqsədi güdən partiyaların yaradılması və fəaliyyəti qanunla qadağan edilib. Konstitusiyanın 58-ci maddəsində hər kəsin birləşmək, ictimai birlik və təşkilat yaratmaq hüququna təminat verilib.
Müraciət etmək hüququ vətəndaşın dövlət və ictimai xarakterli məsələlərin həllində şəxsi təşəbbüskarlığının inkişafını həyata keçirir. AR Konstitusiyasının 57-ci malləsində AR vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, fərdi və kollektiv yazılı müraciətlər göndərmək, dövlət orqanlarının, vəzifəli şəxslərin və s. fəaliyyətini tənqid etmək hüququ təsbit olunmuş, tənqidə görə (təhqir, böhtanistisna olmaqla) təqib etmək qəti qadağan edilib. Bir sözlə, Əsas Qanunda təsbit olunmuş insan hüquqları idarəçiliyin əsası və dövlətçiliyin idealıdır. Azərbaycanın hüquqi- demokratik dövləti insan ləyaqətini, onların azadlıq və bərabərliyini, şəxsiyyətin özünəməxsusluğunu iradə azadlığını qoruyur.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir