Pilot reysdə öldü
Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways" aviaşirkətinin pilotu Əbu Dabidən Amsterdama uçan təyyarəni idarə edərkən, səmada keçinib.
27 Sentyabr 2017 15:34 DünyaBirləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways" aviaşirkətinin pilotu Əbu Dabidən Amsterdama uçan təyyarəni idarə edərkən, səmada keçinib. Təyyarənin kapitanı reys başlayanda özünü pis hiss etməyə başlayıb. Təyyarəni Küveytdə həkimlər gözləyirdilər və EY 927 reysi ilə uçan təyyarə bu səbəbdən Küveytdə yerə enib. Lakin pilot artıq keçinmişdi.
Ölümün səbəbi açıqlanmır. Milli.az Gulf News-a istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31