Gündəm

Türkiyəli jurnalist: “Kərkükdə əsas problem türkmənlərin təhlükəsizliyidir”

27 Sentyabr 2017 17:38

“Kərkükdə əsas problem türkmənlərin təhlükəsizliyidir”. Bunu türkiyəli jurnalist-yazar Güngör Yavuzaslan deyib. İraqın Kərkük vilayətindəki vəziyyəti dəyərləndirən Güngör Yavuzaslan İraqın şimalında sentyabrın 25-də keçirilmiş referendumu belə şərh edib: “Bölgədən bu gün səhər Türkiyəyə qayıtmışam. Kərkük Seçki Komissiyası referendumu qəbul etmədi. Səsvermə üçün Ərbildən adamlar göndərdilər, Kərkük isə referendumu boykot etdi. İndi Kərkükdə türkmənlərin əsas problemi onların təhlükəsizliyidir.

Direktor: "Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında irəliləməsi digər hesabatlara da müsbət təsir edəcək"

27 Sentyabr 2017 17:36

"Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması digər nüfuzlu reytinqlərdəki mövqeyimizə də müsbət təsir edəcək". Bunu açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Yol polisi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

27 Sentyabr 2017 17:34

Baş Dövlət Yol Polisi idarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. İdarədən verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın bir neçə gündə havaların yağmurlu keçməsi barədə məlumat yayıb: “Artıq Bakıda və respublikanın digər bölgələrində yağıntı müşahidə edilir. Buna görə, sürücülər bir neçə məqama xüsusi diqqət yetirməlidirlər. İlk növbədə avtomobilin şüşəsilənləri, işıq cihazları saz vəziyyətdə olmalıdır”.

Azərbaycanın  iqtisadi göstəriciləri inkişaf etmiş ölkələri geridə qoyur

27 Sentyabr 2017 17:33

Azərbaycanın dünyada siyasi nüfuzu ilə paralel iqtisadi reytinqi də artmaqda davam edir. Dayanıqlı sosial-iqtisadi inkişafı ilə dünyada gedən rəqabətlərə tab gətirən Azərbaycan artıq sosial dövlət modelinin ixracatçısına çevrilib. Azərbaycan Respublikasında iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində uzunmüddətli və sistemli fəaliyyət həyata keçirilir.

Qasırğa dünyanın ən böyük teleskoplarından birini zədələdi

27 Sentyabr 2017 17:12

Bir müddət əvvəl Karib dənizində tüğyan etmiş "Mariya" qasırğası dünyanın ən böyük teleskoplarından birinə - Puerto-Rikoda yerləşən "Aresibo" teleskopuna ziyan vurub. Mütəxəssislər qeyd edir ki, qasırğa teleskopu sıradan çıxarmasa da, onun gələcək fəaliyyətini təhlükə altına salıb. Hazırda teleskopa vurulan ziyanın həcmi araşdırılır. Fəsadların ciddi olacağı təqdirdə rəsədxananın bağlanacağı da istisna olunmur. Teleskopun ölçüsü 305 metrdir.

Deputat: “Xankəndinə səfər edənlərin türk olması şübhə doğurur”

27 Sentyabr 2017 17:09

“Türkiyə vətəndaşlarının bir qrupunun Xankəndinə getməsinə təəssüf edirəm. Bu, onların qardaş Azərbaycan xalqına qarşı xəyanətidir”. Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Ərdoğan xəbərdarlıq etdi: “Yük maşınları getməsə ac qalacaqsınız”

27 Sentyabr 2017 17:02

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Kürdüstan Regional Hökumətinin (İKRH) keçirdiyi müstəqillik referendumunun "Türkiyəyə xəyanət" olduğunu və sanksiyaların tətbiqinə başlanacağını söyləyib. Ankarada 2017-2018 Tədris İlinin Açılış Mərasimi ilə bağlı çıxış edən Ərdoğan "İndi biz sanksiyalarımızı tətbiq etməyə başladığımız andan etibarən siz onsuz da ortada qalacaqsınız. Bir qapağı bağladığımız anda hər şey sona çatacaq. Bütün gəlir-məlir hər şey ortadan qalxacaq. Yük maşınları Şimali İraqa işləmədiyi anda bunlar yemək, geyim tapa bilməyəcəklər. Belə bir vəziyyətə düşəcəklər. Niyə? Sanksiya tətbiq etməyə məcburuq " deyib.

Azərbaycanda şəxsiyyətin müəyyənləşdirilməsi üçün yeni sistem tətbiq olunur

27 Sentyabr 2017 17:00

“Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” yeni qanun layihəsi hazırlanıb. Məlumata görə, layihə Milli Məclisin 2017-ci il payız sessiyasında qanunvericilik işlər planına daxil edilib. Layihəyə əsasən, Azərbaycanda  vətəndaşın daktiloskopik (əl-barmaq izləri) və genom məlumatlarının alınması, uçotu, saxlanılması, təsnifatı və verilməsi, o cümlədən insan şəxsiyyətinin müəyyənləşdirilməsi, insanın əl barmaqlarındakı kapilyar naxışların quruluşunun xüsusiyyətləri və onun şəxsiyyəti haqqında məlumatlar, DNK ilə bağlı məlumatlar, bunlardan hansı hallarda istifadə edilməsinin hüquqi mexanizmləri təsbit olunur.

Tanınmış jurnalist Rəqsanəni biabır etdi: “Özünün, qızının lüt şəklini…”

27 Sentyabr 2017 16:58

“Mətbuatın Rəqsanənin qiymətləndirməsinə ehtiyacı yoxdur, minnətləri olsun ki, media onlardan yazır”. Lider TV də efirə gedən “Status” verlişində “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı müğənni Rəqsanə haqqında sərt sözlər deyib.

Bərzani tərəfdarları belə saxtakarlıq etdilər

27 Sentyabr 2017 16:50

İraqın Bərzaninin idarə etdiyi bölgədə keçirilən referendumla bağlı mübahisələr davam edir. Yenicag.az İraq mətbuatına əsasən xəbər verir ki, 93,29 faizlə “Hə”nin üstünlük etdiyi  tanınmayan referendumda ciddi saxtakarlıq edilib.

Mirzə Kazımbəyin məşhur əsəri Azərbaycan dilində

27 Sentyabr 2017 16:46

Böyük dilçi və şərqşünas alim Mirzə Kazımbəyin dünyaca məşhur "Türk-tatar dilinin qrammatikası" əsəri bugünlərdə Azərbaycan dilində geniş şərhlərlə çapdan çıxıb.  Olaylar bildirir ki, Azərbaycan dilçiliyinin və ümumən türkologiyanın şah əsərini müəllifin ana dilinə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov tərcümə edib.

Misir Milli Kitabxanasının müdiri Bilik Fondunda

27 Sentyabr 2017 16:44

V Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün Azərbaycana səfər etmiş Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Muhəmməd Şövki Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi, Bilik Fondunun təşkilatçılığı ilə Bakıda bir sıra görüşlər keçirib. Olaylar bildirir ki, Əhməd Şövki Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşüb. Misirli alimə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib və "Azərbaycan elmi dünyada", “Dünya elmi Azərbaycanda" layihələri çərçivəsində qarşılıqlı əməkdaşlığın vacibliyindən danışılıb.

“Nəriman Nərimanov” tankeri əsaslı təmir olunub  

27 Sentyabr 2017 16:31

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin  Nəqliyyat  Donanmasına  məxsus “Nəriman Nərimanov” tankeri əsaslı təmir olunub. “OLAYLAR”-ın XDG-yə istinadən verdiyi xəbərə görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər tam uğurla başa çatdırılıb.

V açıq Respublika turniri keçiriləcək

27 Sentyabr 2017 16:30

29-30 sentyabr tarixdə Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında V açıq Respublika turniri keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a AGF-dən daxil olub. Bildirilib ki, turnirin rəsmi açılış mərasimi sentyabrın 29-da saat 13:00-da baş tutacaq. Bundan əvvəl isə saat 12:00-da Şamaxı şəhərində fəaliyyət göstərən "Şirvan" Güləş Klubunun yeni inşa edilmiş idman zalının açılış mərasimi olacaq. Yarışlar hər gün saat 10:00-da başlayacaq. Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Turnirdə Azərbaycan güləşçiləri ilə yanaşı, Ukrayna, Rusiya, Gürcüstan, İran, Qırğızıstan pəhləvanlarının iştirakı gözlənilir.

ATV-nin vitse-prezidenti vəzifəsinə TƏYİNAT

27 Sentyabr 2017 16:28

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezident vəzifəsinə təyinat olub. Vitse-prezident vəzifəsi müvəqqəti olaraq ATV-nin İctimai-siyasi verilişlər departamentinin baş redaktoru Vaqif Aydınoğluna həvalə edilib. ATV-nin İctimai-siyasi verilişlər departamentinə isə müvəqqəti olaraq Ceyhun Əli rəhbərlik edəcək.