Deputat: “Xankəndinə səfər edənlərin türk olması şübhə doğurur”

“Türkiyə vətəndaşlarının bir qrupunun Xankəndinə getməsinə təəssüf edirəm. Bu, onların qardaş Azərbaycan xalqına qarşı xəyanətidir”. Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

"Türkiyə vətəndaşlarının bir qrupunun Xankəndinə getməsinə təəssüf edirəm. Bu, onların qardaş Azərbaycan xalqına qarşı xəyanətidir". Bu fikirləri  açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Azərbaycanla Türkiyə qardaş ölkə olmaqla yanaşı, bütün məsələlərdə eyni mövqedən çıxış edirlər: "Türkiyə dövləti, xalqı Ermənistanın Azərbaycan torpaqlarının işğalını pisləyir və bu məsələdə bizi bütün mövqelərdə hər zaman müdafiə edir: "Lakin qardaş ölkədə müxtəlif xalqların nümayəndə heyətinin yaşadığını nəzərə alsaq, o zaman Xankəndinə gedən bir qrup şəxsin türk xalqına aidiyyatı olmaya da bilər. Onların mətbuat konfransında söylədikləri fikirlərə diqqət etsək bunu bir daha təsdiq etmiş olarıq. Ciblərində Türkiyə pasportu gəzdirə bilərlər. Amma onların türk olması artıq şübhə doğurur. Onlar Ermənistan tərəfindən maddi həvəsləndirmə əsasında xüsusi hazırlanıblar. Bunu düşmən ölkə tərəfindən hazırlanan siyasi təxribat adlandırmaq olar. Ermənistan Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmağa, gərginlik yaratmağa, iki ölkə arasında dostluğun heç də möhkəm olmadığını göstərməyə çalışırlar. Lakin onlar düşünmürlər ki, 3-4 nəfərin işğal altında olan zonaya gəlib Ermənistanın maraqlarına uyğun bəyanat verməsi Türkiyənin mövqeyi demək deyil. Çünki, türk dövlətinin və xalqının ümumən Azərbaycanın yanında olduğu göz qabağındadır".

Türkiyə siyasətçilərinin Xankəndinə qanunsuz səfər etdikləri üçün Azərbaycanın Xarici İşlər Nazirliyinin "Qara siyahısı"na düşəcəyinə deyən A. Mirzəzadə söyləyib ki, statusundan, kimliyindən, vətəndaşlığından asılı olmayaraq işğal edilmiş zonamıza icazəsiz gedən istənilən xarici ölkə vətəndaşı mütləq şəkildə bu siyahıya "Qara siyahı"ya düşür və ölkəmizə gəlişinə "stop" qoyulur.

"Əgər Ermənistan və erməni dairələri hesab edir ki, onlar bu cür şou xarakterli tədbirlər təşkil etməklə Dağlıq Qarabağ üçün hansısa əlahiddə status alacaq və ya işğalı rəsmiləşdirəcəklər. Təbii ki, bu mümkün olmayacaq . Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün mübarizə aparır və bu mübarizədə Türkiyə daim bizimlədir"- deyə, deputat əlavə edib. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31