Mirzə Kazımbəyin məşhur əsəri Azərbaycan dilində
Böyük dilçi və şərqşünas alim Mirzə Kazımbəyin dünyaca məşhur "Türk-tatar dilinin qrammatikası" əsəri bugünlərdə Azərbaycan dilində geniş şərhlərlə çapdan çıxıb. Olaylar bildirir ki, Azərbaycan dilçiliyinin və ümumən türkologiyanın şah əsərini müəllifin ana dilinə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov tərcümə edib.
27 Sentyabr 2017 16:46 MədəniyyətBöyük dilçi və şərqşünas alim Mirzə Kazımbəyin dünyaca məşhur "Türk-tatar dilinin qrammatikası" əsəri bugünlərdə Azərbaycan dilində geniş şərhlərlə çapdan çıxıb.
Olaylar bildirir ki, Azərbaycan dilçiliyinin və ümumən türkologiyanın şah əsərini müəllifin ana dilinə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov tərcümə edib.
Kitabın elmi məsləhətçisi akademik Tofiq Hacıyev, elmi redaktorları - professor Buludxan Xəlilov və Dilçilik İnstitutunun dissertantı Elnurə Abbasovadır.
Yeni nəşr türkologiya, Azərbaycan dilçiliyi və ümumi dilçilik sahələrinin öyrənilməsi baxımından dəyərli mənbədir.