Gündəm

Model rusiyalı milyarderin həyat yoldaşı ilə görüşən cavan sevgilisindən ayrıldı

27 Sentyabr 2017 18:29

Supremodel Haydi Klum 3 illik sevgilisi Vito Şnabeldən ayrlıb.  Modelin 31 yaşlı sevgilisi bu ilin fevralında rusiyalı milyarder Roman Abromoviçin keçmiş həyat yoldaşı Daşa Jukova ilə görüntülənmişdi. Jukova ilə görüşdən sonra iki həftə sonra Vito Şnabel sanki heç bir şey olmamış kimi Haydi Klumla münasibətlərini davam etdirmişdilər. Hətta çimərlikdə öpüşərkən şəkilləri çəkilmişdi. Bundan sonra cütlük yarım il də sevgili olub, lakin Klumun sözlərinə görə, onlar indi qəti şəkildə ayrılmağa qərar verib.

Məşhur repçi dünyanın düz olduğunu iddia edir

27 Sentyabr 2017 18:24

O, Yerin real kosmik görüntüsünü əldə etmək üçün pul toplamağa başlayıb. O, topladığı pula kosmik gəmi almaq və Yerin orbitinə göndərərək görüntülər əldə etmək istədiyini deyib.

Milli İncəsənət Muzeyinin əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib

27 Sentyabr 2017 18:17

Prezident İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. 

Dünyanın ən məşhur şəhərləri - YENİ SİYAHI

27 Sentyabr 2017 18:15

Mərkəzi ABŞ-da yerləşən “Mastercard” maliyyə şirkəti “2016 Qlobal Şəhərlər İndeksi” siyahısını təqdim edib. Siyahıda dünyanın 30 ən məşhur şəhəri yer alıb. 9 ildir mütəmadi olaraq yayımlanan siyahının tərtibində şəhərlərin ümumi ziyarətçi sayı, xaricdən gələnlərin həmin şəhərlərdə xərclərinin miqdarı və turistlərin nəqliyyatdan istifadə sayı nəzərə alınır.

Prezident İlham Əliyev Təranə İsgəndərovanı "Tərəqqi" medalı ilə təltif edib

27 Sentyabr 2017 18:13

Prezident İlham Əliyev Təranə İsgəndərovanın "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Xalça Muzeyinin əməkdaşları təltif ediliblər

27 Sentyabr 2017 18:12

Prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb

Ağstafada sahibkarlar üçün treninq keçirilib

27 Sentyabr 2017 18:06

Sentyabrın 27-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafada sahibkarlar üçün treninq keçirilib. Nazirlikdən “Olaylar”a verilən mlumata görə, “Ekoloji təmiz kənd təsərrüfatının inkişafı” və “Menecment” mövzularını əhatə edən treninqdə yaşıl iqtisadiyyat, ekoloji təmiz kənd təsərrüfatı, menecment və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Belarus Azərbaycanda birgə əczaçılıq müəssisəsinin yaradılmasında maraqlıdır

27 Sentyabr 2017 18:04

Sentyabrın 27-də İqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Belarus Respublikasının Səhiyyə naziri Valeri Malaşko ilə görüşündə bu barədə müzakirə aparılıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan-Belarus əlaqələrinin iqtisadiyyat, ticarət və humanitar sahələr olmaqla, iqtisadiyyatın bir çox sahələrini əhatə etdiyini və uğurla inkişaf etdiyini vurğulayıb.

Şəkinin Kiş kəndində abadlıq-quruculuq işlərinə 1 milyon manat ayrılıb

27 Sentyabr 2017 18:02

Prezident İlham Əliyev Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəki şəhərində son illərdə turizm sahəsinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilmiş, “Aşağı Karvansaray” kompleksi, “Şəki xanlarının evi” bərpa olunmuş, ən müasir tələblərə cavab verən “Şəki Saray", “Sheki Palace” və “Yaffle İnn” mehmanxanaları, “Şəki Park” istirahət mərkəzi, “Marxal” Müalicə-İstirahət Kompleksi inşa edilmiş, ticarət və xidmət obyektləri istifadəyə verilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.

Rusiyanın son kimyəvi silah ehtiyatları məhv edildi

27 Sentyabr 2017 18:00

Rusiyanın son kimyəvi silah ehtiyatları Udmurtiyada məhv edilib. Məlumata görə, bu prosesdə "telekörpü" vasitəsilə ölkə prezidenti Vladimir Putin də iştirak edib. Məluamat görə, Udmurtiyanın Kizner qəsəbəsində hərəsi bir kiloqram ölçüdə olan iki mərmidən kimyəvi maddələr çıxarılıb və zərərsisləşdirib. Bu, Rusiyanın 40 min tonluq kimyəvi silah ehtiyatının sonuncu hissəsi olub.

"Azərbaycanın reytinqdə yüksəlməsi Prezidentin apardığı düzgün siyasətin nəticəsidir"

27 Sentyabr 2017 17:51

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması Azərbaycan Prezidentinin apardığı düzgün və düşünülmüş siyasətin nəticəsidir.

Parlament müharibəyə başlamağa icazə verdi - SON DƏQİQƏ

27 Sentyabr 2017 17:45

Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən referendumla əlqədar bölgədə gərginlik getdikcə artmaqdadır. İraq parlamenti baş nazir Heydər əl-İbadiyə Kərkükə qoşun göndərmək səlahiyyəti verib. Parlamentin qərarına əsasən, İraq güc strukturları 10 iyul 2014-cü ilə qədər olan vəziyyətə uyğun olaraq bütün mübahisəli rayonlarda yerləşməlidir.

Bu avtomobil yolları təhlükədə - XƏBƏRDARLIQ

27 Sentyabr 2017 17:43

Bu gündən ölkə ərazisində hava şəraiti dəyişir və ayın sonuna qədər yağışlı hava şəraiti proqnozlaşdırılır. Bu cür hava şəraiti isə tədricən sürüşmə sahələrində aktivliyə səbəb olur. Hər il yağışlı havaların ardınca Bakı-Şamaxı yolu, İsmayıllı, Ağsu, Lənkəran-Lerik yolu və bir sıra ənənəvi sürüşmə sahələri aktivləşir, yeni sürüşmə sahələri yaranır. Sürüşmə və uçqunların avtomobil yolları ərazisində qeydə alınması isə vəziyyəti daha da qəlizləşdirir. Bu il oxşar problemlərin yaranmaması üçün görülən işlər barədə aidiyyəti qurumlarla danışdıq. Hazırda Şamaxı, Ağsu, İsmayıllı və bir sıra rayonlardakı yollarda sürüşmə hadisələri baxımından vəziyyət gərgindir.

Ermənistan uzaqvuran raketləri hazır vəziyyətə gətirir - Müharibəyə HAZIRLIQ?

27 Sentyabr 2017 17:41

Danışıqlar masasında sıxışdırılan Ermənistan sülhü pozmaq üçün yeni təxribat hücumu edə bilər. Bu təhlükə Ermənistanın “lragir” saytında yayımlanan məqalədə açıq şəkildə öz əksini tapır. Saytın siyasi şərhçisi Aykazn Qaqriyan məqaləsində yazır ki, “Ermənistan uzaqvuran raketləri hazır vəziyyətə gətirir”. Söhbət erməni hərbi birləşmələrinin keçirdiyi sonuncu hərbi təlimdə “Smerç” (Qasırğa) raketlərinin atəş açmasından gedir.

Daha bir ölkə referenduma gedir: 7 qadağa ləğv edilir

27 Sentyabr 2017 17:39

İrlandiya hökuməti ölkədəki 7 qadağanı aradan qaldırmaq üçün referendum keçiriləcəyini elan edib. İrlandiyanın baş naziri Leo Varadkar referendumla bağlı verdiyi açıqlamada abort qadağasının da referenduma daxil ediləcəyini bildirib. İrlandiyada təcavüz, insest hallarında abort etdirmək qadağandır.