Gündəm
“Twitter” mesajlara qoyulmuş limiti artırmağı sınaqdan keçirir
“Twitter” mikrobloqlar xidməti mesajlara qoyulmuş məhdudiyyəti 280 simvoladək artırmağı sınaqdan keçirir.
Süni intellekt texnologiyaları bazarında 5 qat artım qeydə alınacaq
“International Data Corporation” (“IDC”) analitik şirkətinin proqnozuna görə, yaxın illərdə süni intellekt texnologiyalarına qlobal xərclər təxminən 5 dəfə artacaq.
“Google Loon” layihəsi 2019-cu ildə kommersiya bazarına çıxarılacaq
“Google” şirkətinin sahibi olan ABŞ-ın “Alphabet” holdinqi “Loon” layihəsini kommersiya bazarına çıxarmağa hazırlaşır.
Universal tərcüməçi istifadəyə veriləcək
“Star Trek” elmi-fantastik filmindəki universal tərcüməçi tezliklə reallığa çevrilə bilər. Çinin axtarış nəhəngi olan “Baidu” şirkətinin proqramçıları səyahətçilərin Asiya ölkələri və ingilis dilində danışan ölkələrdə həyatını asanlaşdıran qurğu üzərində işə başlayıblar. Qurğunun iş prinsipi "Ulduz yolu" serialının personajları tərəfindən istifadə edilən analoji qurğunun işini xatırladır.
“Ağıllı” cins gödəkcə hazırlanıb
"Levi's" geyim istehsalçısı "Google" şirkəti ilə birlikdə "Commuter Trucker Jacket" "ağıllı" gödəkcəsinin satışlarına başlayıb.
Alimlər ürəyin skan edilməsi vasitəsilə istifadəçiləri i dentifikasiya etməyi təklif ediblər
“Face ID” adlı sifətin skan edilməsi sistemi ilə təchiz edilmiş “iPhone X” smartfonunun təqdimatı istifadəçilərin identifikasiyası üçün belə metodun təhlükəsizliyi haqda müzakirələrə yol açıb. Buffalo Universitetinin alimləri istifadəçiləri onların ürəklərinə görə identifikasiya etməyi təklif edib. Belə ki, ürəyin forması unikaldır və ciddi xəstəliklər istisna olmaqla onun forması dəyişmir.
“Huawei” şirkəti yeni konsorsiuma daxil olub
"Huawei" telekommunikasiya avadanlığı istehsalçısı iştirakçılarının beşinci nəsil mobil rabitə şəbəkəsi (5G - LTE) üçün texnologiyaların hazırlanması ilə məşğul olduğu "5G-MoNArch" konsorsiumuna üzv olub. Bu barədə Çin şirkətinin rəsmi saytında dərc edilən məlumatda deyilir.
Müğənni təyyarədə sərnişinləri qorxutdu - Qalmaqal
Son vaxtlar etdiyi qalmaqallarla gündəmdən düşməyən gənc müğənni Aleyna Tilki təyyarədə sərnişinləri qorxudub. Aleyna qaydaları pozaraq təyyarədə mobil telefonunu söndürməyib. Müğənninin telefonla danışdığını görən sərnişinlər təşvişə düşüblər. Təkidlərə baxmayaraq Tilki telefonunu söndürməyib.
Pilotsuz uçan taksilər - DUBAYDA BUNU DA ETDİLƏR
Dubayda ilk uçan taksilər xəttə buraxılıb. "Volocopter" şirkətinin istehsalı olan taksilərin təqdimatında Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum da iştirak edib. Taksilər ən yüksək təhlükəsizlik standartlarına malik olub, 9 ədəd akkumulyator, habelə onların enerji yığmasını təmin edəcək texniki vasitələrlə təchiz edilib.
Tozsoran istehsalçısı elektromobil buraxacaq
Böyük Britaniyanın tozsoran və digər məişət elektronikası istehsal edən “Dyson” şirkəti 2020-ci ilə qədər elektromobil buraxmaq niyyətindədir.
"Sanki, Messi və Maskeranoya Argentina yığmasında oynamaq xoş deyil"
"Barselona"nın sabiq kapitanı Xavi Lionel Messi və Xavyer Maskeranonun Argentina millisindəki çıxışına toxunub. "Al Sadd" klubunun şərəfini qoruyan yarımmüdafiəçi bunları deyib: "Şans Argentina millisinin titul qazanmasına mane oldu.
"O, təkbətək mübarizələrdə dünyanın ən güclüsüdü"
"Bavariya"nın müdafiəçisi Coşua Kimmix maraqlı açıqlaması ilə diqqət çəkib. O, Çempionlar Liqasında PSJ ilə bu gün keçirəcəkləri oyundan öncə rəqibin futbolçusu Neymar haqda fikirlərini bildirib. Kimmix braziliyalı hücumçunu tərifləyib: "Bu cür oyunlar olanda hər gün məşq edirsən. Məhz bunun sayəsində də futbolçu olursan. Çempionlar Liqasında ən yaxşılara qarşı mübarizə aparmaq mənə xoş gəlir. PSJ-nin heyətində Neymarı fərqləndirərdim. O, təkbətək mübarizələrdə dünyanın ən güclü futbolçusudu".
Robert Prosineçki: “Roma” ilə oyunda möcüzə mümkünsüz görünür
“Roma” ehtiyatlı oynasa, qalib gələcək”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiyalı çalışdırıcı İtaliya mətbuatına açıqlama verib. O, Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasında “Roma” ilə keçirəcəyi oyun haqda danışıb.
Britni Spirs arıqladı - İndi daha rahatam
Məşhur amerikalı müğənni, pop-ulduz Britni Spirs aylardan bəri sürəkli davam etdirdiyi pəhrizin və fasilə vermədiyi məşqlərin sayəsində arıqlayıb. Özü də çox. 35 yaşlı Britni Spirs məşqlərini daha da intensivləşdirəcəyini söyləyib. İki övlad anası səhnədə qıvraq olmaq üçün artıq həftədə 5 gün məşq edir. "İndi daha rahatam. Sanki, gəncləşmişəm", - Britni Spirs deyib. Dünənsə müğənni həmkarı, 47 yaşlı Merayya Kerri ilə Kaliforniya ştatındakı Qərbi Hollivudda partidə idi.
"İnstagram” rekorda imza atır
Hazırda sosial şəbəkələrə liderlik edən "Facebook"a rəqib gəlir. Statistikaya görə, “İnstagram” sosial şəbəkəsinə ayda 800 milyondan çox istifadəci giriş edir. Gündəlik auditoriya isə 500 milyondan aşağı düşmür.














