"Sanki, Messi və Maskeranoya Argentina yığmasında oynamaq xoş deyil"

"Barselona"nın sabiq kapitanı Xavi Lionel Messi və Xavyer Maskeranonun Argentina millisindəki çıxışına toxunub.  "Al Sadd" klubunun şərəfini qoruyan yarımmüdafiəçi bunları deyib: "Şans Argentina millisinin titul qazanmasına mane oldu.

"Barselona"nın sabiq kapitanı Xavi Lionel Messi və Xavyer Maskeranonun Argentina millisindəki çıxışına toxunub.  "Al Sadd" klubunun şərəfini qoruyan yarımmüdafiəçi bunları deyib: "Şans Argentina millisinin titul qazanmasına mane oldu. Onlar nüfuzlu turnirdə qalibiyyət əldə etmək üçün toparlanmalıdır. Vaxtilə İspaniya millisi belə etmişdi. "Barcelona"da oynadığım dövrdə mənə elə gəlirdi ki, Messi və Maskeranoya Argentina yığmasında oynamaq xoş deyil". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31