Gündəm
Rusiyanı qorxudan "telefon terrorçusu" saxlanıldı
Moskva vilayəti polis əməkdaşları Puşkino şəhərində yaşayış binasına bomba qoyulması barədə anonim zənglər etməkdə şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə RF-nin Moskva vilayəti Polis İdarəsinin xəbərində qeyd eilib.
Qarın hündürlüyü Xınalıqda 13 sm olub
Sentyabrın 27-si gündüzdən 28-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 27-si gündüzdən 28-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Yağan intensiv yağış nəticəsində çaylarda sululuq artıb.
Azərbaycanın mövqeyi dəyişmədi - UEFA reytinqi
Çempionlar Liqasının qrup mərhələsinin ikinci turundan sonra UEFA reytinqi açıqlanıb. Dünən keçirilən 8 oyundan sonra millimizin mövqeyində dəyişiklik olmayıb. "Qarabağ"ın "Roma"ya 1:2 hesablı məğlubiyyəti reytinq xalımızın dəyişməz qalmasına səbəb olub. 22-ci pillədə qərarlaşan Azərbaycanın 18.625 xalı var.
Geomaqnit qasırğasının səviyyəsi yüksəldi
Bir neçə gün əvvəl proqnozlaşdırıldığı kimi, geomaqnit qasırğası baş tutub və dünən axşamdan etibarən G2 kateqoriyasına yüksəlib. Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin verdiyi məlumata görə, qasırğa bu gün də davam edəcək, lakin getdikcə səngiyəcək.
Hyu Xefner vəfat etdi
“Playboy” jurnalının qurucusu Hyu Xefner 92 yaşında vəfat edib. Olaylar Miliyyet - ə istinadən bildirir ki, yaradıcısı olduğu məşhur “Playboy” jurnalı ilk dəfə 1953 – cü ildə evinin mətbəxində hazırlayaraq nəşr etməyə başlayıb. Jurnal bir çox ölkələrdə dərc olunurdu. Hər ay 7 milyon nüsxə satılan jurnalın üz qabığında dünyaca məşhur simalar çəkilirdi.
Tramp İspaniya prezidentini tanımırmış
ABŞ prezidenti Donald Tramp İspaniyanın baş nazırı Mariano Rahoyla görüşdən sonra tvitter hesabındakı paylaşımı ilə gündəm olub. Donald Tramp mətbuat konfransı zamanı Mariano Rahoyu prezident kimi təqdim edib. İspaniyanın baş naziri prezident kimi təqdim edilməsinə təəccüblənib.
“Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi davam edir
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının elan etdiyi “Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi davam edir. Müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir. Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə kino sahəsində özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulur.
Misir Milli Kitabxanası və Arxivlərinin müdiri tələbələrlə görüşdü
Mədəniyyət və İncəsənət Universitetində Bilik Fondunun təşkilatçılığı və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə tədbir keçirilib. Olaylar bildirir ki, tədbirdə tələbələrlə görüşən Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Muhəmməd Şövkinin “İslam incəsənətinə ekskursiya” mövzusunda mühazirəsi dinlənilib.
Əməkdar artist Boris Qrafkinin 80 illik yubileyi qeyd olunacaq
Musiqili Teatrının aktyoru, Respublikanın Əməkdar artisti Boris Qrafkinin 80 yaşı tamam olub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Olaylar - a bildirib ki, uzun illərdir Musiqili Teatrın rus bölməsində aktyor və rejissor kimi fəaliyyət göstərən, özünəməxsus ifa tərzi ilə tamaşaçıların sevgisini qazanan B. Qrafkinin 80 illik yubileyi 29 sentyabr tarixində saat 19.00-da qeyd olunacaq. Bu münasibətlə dünya şöhrətli macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası nümayiş olunacaq. Yubiliyar tamaşada əsas rollardan biri olan Knyaz Volyapuk obrazını canlandırır. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Boris Lukinskidir.
ADMİU-da səhnə plastikası və səhnə döyüşü üzrə ustad dərslər
Rusiya Dövlət Səhnə İncəsənəti İnstitunun Aktyorluq və Rejissorluq fakültəsinin dekanı, dosent İqor Kaçayev Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub. Olaylar bildirir ki, ilk öncə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşən aktyor ali məktəbin fəaliyyəti ilə yaxından tanış olub. Görüşdə tələbələrin məşq zamanı səhnədə rəqs və plastikasından, komanda şəklində birgə hərəkətinə xüsusi diqqət ayrılmasından, treninqlərin məqsəd və vəzifələrindən danışılıb.
Muğam Mərkəzində “Muğamın meracı” adlı kitab təqdim olundu
Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti Alim Qasımova həsr olunan “Muğamın meracı” kitabının təqdimatı keçirilib. Olaylar bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan bu kitabının müəllifi Lətifəxanım Əliyevadır. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə muğam sənətinin inkişafına göstərilən dövlət qayğısından söz açıb. Alim Qasımovun yaradıcılığını mədəniyyətimiz üçün hadisə adlandıran nazir deyib ki, son illər muğamlarımız onun ifasında daha geniş üfüqlərə yol açıb, daha geniş zirvələri fəth etməyə başlayıb. Alim Qasımov bu gün Azərbaycan musiqisini dünyaya təqdim edən elçilərdən biridir.
AMEA-da kolumbiyalı yazıçı Konrado Zuluaqa ilə görüş
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda kolumbiyalı yazıçı, professor Konrado Zuluaqa ilə görüş keçirilib. Olaylar bildirir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycanın müstəqillik qazandıqdan sonra digər ölkələrlə elmi əlaqələrinin gücləndiyini və inkişaf etdiyini söyləyib. Akademik bu gün baş tutan görüşün gələcəkdə iki ölkə arasında elmi əlaqələrin formalaşmasına təkan verəcəyini diqqətə çatdırıb. İ.Həbibbəyli Kolumbiyanın əfsanəvi yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu və xüsusilə "Yüz ilin tənhalığı" romanının oxucular tərəfindən sevildiyini söyləyib.
Baş məşqçi Di Françesko: “Qarabağ” çox güclü rəqibdir”
Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə “Qarabağ”ı məğlub edən (2:1) “Roma”nın baş məşqçisi Eysebio Di Françeskonun mətbuat konfransı keçirilib. İtalyan mütəxəssis ona ünvanlanan sualları cavablandırıb: - Demək olar ki, bu oyunu istirahət etdiz...





.jpg)








