Misir Milli Kitabxanası və Arxivlərinin müdiri tələbələrlə görüşdü

Mədəniyyət və İncəsənət Universitetində Bilik Fondunun təşkilatçılığı və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə tədbir keçirilib. Olaylar bildirir ki, tədbirdə tələbələrlə görüşən Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Muhəmməd Şövkinin “İslam incəsənətinə ekskursiya” mövzusunda mühazirəsi dinlənilib.

Mədəniyyət və İncəsənət Universitetində Bilik Fondunun təşkilatçılığı və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi ilə tədbir keçirilib. Olaylar bildirir ki, tədbirdə tələbələrlə görüşən Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Muhəmməd Şövkinin "İslam incəsənətinə ekskursiya" mövzusunda mühazirəsi dinlənilib.

Əhməd Şövki təmsil etdiyi ölkənin tarixi abidələri - arxitekturasının orijinallığı ilə seçilən dini məbədləri barədə 3d formatında hazırlanan slayd vasitəsi ilə maraqlı məlumat verib.

Tədbirin sonunda Universitetin ictimai həyatında fəal iştirakına görə tələbələr fəxri fərman ilə təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31