Gündəm
Türkiyə və İraqdan kürd muxtariyyətinə ZƏRBƏ
Türkiyə İraqla neft ticarətində yalnız mərkəzi Bağdad hökumətini tərəf kimi nəzərə alacaq. İraq hökuməti Bağdad və Ankara arasında neft ticarəti mövzusunda razılıq əldə etdiyini açıqlayıb. “Türkiyə xam neft ixracatı üçün Bağdad hökuməti ilə prinsipcə razılaşdı”, - bəyanatda deyilir.
Azər Tağıyev kollegiya sədrliyindən getdi
Uzun illərdən bəri Vəkillər Kollegiyasına rəhbərlik edən Azər Tağıyev sədrlikdən kənarlaşdırılıb. Məlumata görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 sentyabr 2017-ci il tarixli iclasında Azər Tağıyev istefa ərizəsini təqdim edib. Səsvermə yolu ilə sədlikdən kənarlaşdırılan Azər Tağıyevin səlahiyyətləri onun 68 yaşlı müavini Fərhad Nəcəfova verilib.
Sumqayıtda iki silahlı şəxs insanlara və polisə HÜCUM ETDİ: yaralı var - VİDEO (YENİLƏNDİ)
Sumqayıtda silahlı şəxs insanlara hücum edib. Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumatda fakt təsdiqlənib. Bildirilib ki, dünən saat 18 radələrindən iki nəfər sərxoş şəxs asayişi pozub, xuliqanlıq edib. Polis isə müdaxilə etmək istəyəndə, həmin şəxslər polisin əmrinə tabe olmayıblar. Ona görə də mübahisə yaranıb. Lakin hadisə nəticəsində polis əməkdaşları yaralanmayıb.
Vüsal Quliyev: “Dövlət QHT-lərin inkişafı üçün hər cür şərait yaradıb”
Bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin rəsmisi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev Şirvan şəhərində keçirilən “QHT-hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” adlı regional konfransda bildirib.
Dünyanın gözü Türkiyədə: Putin və Ərdoğanın gündəmində nələr var?
Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə səfər edəcək. Ankarada Prezident Sarayında Türkiyə prezidenti Pəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş keçiriləcək. Ərdoğan və Putin arasında görüşün əsas mövzuları Suriya və İraqda baş verən proseslər olacaq. Liderlər, həmçinin Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən referendumun nəticələrini müzakirə edəcəklər. Bir neçə gün əvvəl baş tutan telefon söhbəti zamanı liderlər İraq və Suriyanın ərazi bütövlüyünün qorunmasına diqqət çəkmişdilər.
Alimlərdən yeni kəşf: "Plutonun buz qatları iqlim dəyişikliyi nəticəsində yaranıb"
Amerikalı alimlər yeni kəşfə imza atıblar. Alimlər Pluton planetinin üst qatındakı buz laylarının mənşəyini öyrəniblər. "İcarus" jurnalının yazdığına əsasən, Eyms tədqiqat mərkəzinin mütəxəssisləri 2015-ci ildə "New Horizons" zondu tərəfindən əldə edilən məlumatları analiz ediblər. Məlum olub ki, planetə 500 metr hündürlüyü olan buz qatları var.
Rəsmi Bağdadın sərt bəyanatı — "Müharibə istəyirsiniz?"
Şimali İraq Kürd Muxtariyyatının keçirdiyi müstəqillik referendumuna İraq hökumətinin sərt reaksiyaları davam edir. Dünən İraq məclisi fövqəladə iclas çağırıb. İclasda baş nazir Heydər əl-İbadi kürd liderlərdən savaş istəyib-istəmədiklərini soruşub. Bununla yanaşı İbadi orduya ixtilaf olan bölgələr üçün əməliyyat təlimatı verdi.
Bir qrup yazıçı Biləsüvarda məcburi köçkünlərlə görüşüb
Sentyabrın 27-də Cəbrayıl məcburi köçkün qəsəbəsində (Biləsüvar) “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Canımız Qarabağ, Yazımız Qarabağ 2” layihəsi çərçivəsində ziyalılar, gənclər və ictimaiyyətin müxtəlif nümayəndələrilə görüş keçirilib.
Stadiondan çıxan tamaşaçıların daşınması tam şəkildə başa çatdırılıb
“Bəzi informasiya saytlarının "BNA verdiyi vədə əməl etmədi" başlıqlı yazısı həqiqətə uyğun olmayan yalnış iddiadır. Həmin yazıda təqdim edilən videolar metronun "Koroğlu" stansiyasının ətrafında çəkilib”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev səsləndirib.
“Roma” və “Qarabağ”-ın ən yaxşı oyunçuları mükafatlandırıldı
İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Dərnəyi “Roma”-“Qarabağ” qarşılaşmasında ən yaxşı oyun nümayiş etdirmiş futbolçuları mükafatlandırıb. Bu barədə məlumatı “OLAYLAR”-a adıçəkilən dərnəyin sədri Dündar Keşaplı verib. Bildirib ki, İtaliya və Azərbaycanın idman jurnalistlərinin qərarı əsasında “Roma”dan Bosniya Herseqovinadan olan oyunçu Edin Dzeko, “Qarabağ’dan isə braziliyalı Pedro Henrique qarşılaşmanın ən yaxşı futbolçusu adına layiq görülüb.
Azərbaycan, Türkiyə və Gürcüstan rəsmiləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilkin baxış keçirib
Cənab Prezidentin tapşırığına əsasən sentyabrın 27-də Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilkin baxış keçirilib. “OLAYLAR”-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, dəmir yolu bağlantısında aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar.
Düşmən atəşkəs rejimini 139 dəfə pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 139 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ronaldudan "Beşiktaş" azarkeşinə cavab
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu sosial mediada izləyicilərinin suallarını cavablandırıb. Ulduz futbolçuya sual verənlər arasında "Beşiktaş" tərəfdarı da olub. Ronaldu azarkeşin "come to "Beşiktaş" ("Beşiktaş"a gəl) mesajına "Pepe və Quaresma orada, mənə ehtiyacları yoxdur" deyə cavab verib.
Uşaqları payız xəstəliklərindən qoruyun - Bəzi viruslar hətta öldürə bilər
Davamlı müşahidə edilən isti hava şəraitindən sonra sentyabrın sonlarında havaların qəfildən soyuması insanlar, xüsusilə uşaqlar arasında soyuqdəymə xəstəlikləri və virus-infeksiyalarının yayılmasına şərait yaradır.
Dərman preparatlarını gömrük nəzarətindən gizlətmək cəhdi alınmadı
Balakən Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatının gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu fakt idarənin "Mazımçay" gömrük postunda Azərbaycana idxal gömrük proseduru altında yük gətirən Türkiyə vətəndaşı Turan İsmail Ali oğlunun idarə etdiyi "DAF" markalı, TR032TR/AA078C qeydiyyat nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük baxışı zamanı qeydə alınıb.














