“Roma” və “Qarabağ”-ın ən yaxşı oyunçuları mükafatlandırıldı
İtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Dərnəyi “Roma”-“Qarabağ” qarşılaşmasında ən yaxşı oyun nümayiş etdirmiş futbolçuları mükafatlandırıb. Bu barədə məlumatı “OLAYLAR”-a adıçəkilən dərnəyin sədri Dündar Keşaplı verib. Bildirib ki, İtaliya və Azərbaycanın idman jurnalistlərinin qərarı əsasında “Roma”dan Bosniya Herseqovinadan olan oyunçu Edin Dzeko, “Qarabağ’dan isə braziliyalı Pedro Henrique qarşılaşmanın ən yaxşı futbolçusu adına layiq görülüb.
28 Sentyabr 2017 11:08 İdmanİtaliya-Azərbaycan Dostluq və Əməkdaşlıq Dərnəyi "Roma"-"Qarabağ" qarşılaşmasında ən yaxşı oyun nümayiş etdirmiş futbolçuları mükafatlandırıb. Bu barədə məlumatı "OLAYLAR"-a adıçəkilən dərnəyin sədri Dündar Keşaplı verib. Bildirib ki, İtaliya və Azərbaycanın idman jurnalistlərinin qərarı əsasında "Roma"dan Bosniya Herseqovinadan olan oyunçu Edin Dzeko, "Qarabağ'dan isə braziliyalı Pedro Henrique qarşılaşmanın ən yaxşı futbolçusu adına layiq görülüb.
Qeyd edək ki, hər iki oyunçuya plaketləri İtaliya - Azərbaycan Dostluq və Əməkdaşlıq Dərnəyinin sədri Dündar Keşaplı təqdim edib.