Azər Tağıyev kollegiya sədrliyindən getdi
Uzun illərdən bəri Vəkillər Kollegiyasına rəhbərlik edən Azər Tağıyev sədrlikdən kənarlaşdırılıb. Məlumata görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 sentyabr 2017-ci il tarixli iclasında Azər Tağıyev istefa ərizəsini təqdim edib. Səsvermə yolu ilə sədlikdən kənarlaşdırılan Azər Tağıyevin səlahiyyətləri onun 68 yaşlı müavini Fərhad Nəcəfova verilib.
28 Sentyabr 2017 11:26 SosialUzun illərdən bəri Vəkillər Kollegiyasına rəhbərlik edən Azər Tağıyev sədrlikdən kənarlaşdırılıb. Məlumata görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 27 sentyabr 2017-ci il tarixli iclasında Azər Tağıyev istefa ərizəsini təqdim edib. Səsvermə yolu ilə sədlikdən kənarlaşdırılan Azər Tağıyevin səlahiyyətləri onun 68 yaşlı müavini Fərhad Nəcəfova verilib.
Fərhad Nəcəfov mətbuata açıqlamasında bildirib ki, Azər Tağıyevin istefası onun səhhətində yaranmış problemlərlə bağlıdır. Əlavə edib ki, qarşıdakı dövr ərzində konfrans keçiriləcək və kollegiyanın yeni sədri bəlli olacaq.