Türkiyə və İraqdan kürd muxtariyyətinə ZƏRBƏ
Türkiyə İraqla neft ticarətində yalnız mərkəzi Bağdad hökumətini tərəf kimi nəzərə alacaq. İraq hökuməti Bağdad və Ankara arasında neft ticarəti mövzusunda razılıq əldə etdiyini açıqlayıb. “Türkiyə xam neft ixracatı üçün Bağdad hökuməti ilə prinsipcə razılaşdı”, - bəyanatda deyilir.
28 Sentyabr 2017 11:33 DünyaTürkiyə İraqla neft ticarətində yalnız mərkəzi Bağdad hökumətini tərəf kimi nəzərə alacaq. İraq hökuməti Bağdad və Ankara arasında neft ticarəti mövzusunda razılıq əldə etdiyini açıqlayıb. "Türkiyə xam neft ixracatı üçün Bağdad hökuməti ilə prinsipcə razılaşdı", - bəyanatda deyilir.
Qeyd edək ki, Türkiyə indiyə kimi neft ticarətini Şimali İraq kürd muxtariyyəti ilə edirdi. Sentyabrın 25-də kürd muxtariyyətində keçirilən referendumdan sonra Ankara və Bağdad Ərbilə qarşı birgə addımların atılması mövzusunda razılaşıblar. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir.