Stadiondan çıxan tamaşaçıların daşınması tam şəkildə başa çatdırılıb

“Bəzi informasiya saytlarının "BNA verdiyi vədə əməl etmədi" başlıqlı yazısı həqiqətə uyğun olmayan yalnış iddiadır. Həmin yazıda təqdim edilən videolar metronun "Koroğlu" stansiyasının ətrafında çəkilib”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev səsləndirib.

"Bəzi informasiya saytlarının "BNA verdiyi vədə əməl etmədi" başlıqlı yazısı həqiqətə uyğun olmayan yalnış iddiadır. Həmin yazıda təqdim edilən videolar metronun "Koroğlu" stansiyasının ətrafında çəkilib". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev səsləndirib. O, bildirib ki, metronun X1 "Qara Qarayev" və X2 "Gənclik" stansiyaları istiqamətində sərnişinlərin daşınmasını həyata keçirən avtobuslar isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat terminalından hərəkət edib: "Yalnış istiqamətdə X2 avtobusunu axtaran sərnişinin göndərdiyi videoya əsaslanıb rəsmi qurumdan rəy öyrənmədən yazı verilirsə artıq deyəcək sözümüz yoxdur. Sadəcə bildiririk ki, stadiondan çıxan tamaşaçıların daşınması tam şəkildə və havanın yağışlı olmasına baxmayaraq hər hansı bir narahatlıq olmadan başa çatdırılıb. Eyni zamanda da ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin daşınmasına nəzarət də gücləndirilib və bu sahədə də hər hansı bir xoşagəlməz hal qeydə alınmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31