Gündəm
Hülya Avşardan səmimi etiraf
Aktrisa, müğənni və aparıcı Hülya Avşar yeni verilişin çəkilişində səmimi etiraflar edib. Hülya "öpüşmə səhnələrində bəyəndiyim adam varsa, çəkiliş meydançasına qaça-qaça gedərəm"-deyib.
44 il həbsdə qalan adam modern dünyaya belə reaksiya verdi - VİDEO
İllərdir getmədiyimiz bir yerə təkrar getdikdə dəyişiklikləri görüb təəccüb içində qalırıq. Bəs görəsən, 44 ilini həbsdə keçirmiş bir insan az qala yarım əsrdir sürətlə dəyişən və təkmilləşən dünyaya necə uyğunlaşır?
Eynşteynin məktubları satışa çıxarılır
Məşhur Alman fiziki Albert Eynşteynin dostu və alim Michell Besoya yazdığı məktublar hərraca şıxarılır. Olaylar bildirir ki, məktublardan biri 1929-cu ilə və vahid sahə nəzəriyyəsi haqqında, 1950-ci ildə yazılmış başqa bir məkrubda isə fizika ilə bağlı daha çox fəlsəfi fikirləri yer alıb. Dostuna yazdığı ikinci məktubda Eynşteynin "Mənim həyatımda öyrəndiyim bir şey varsa, Allaha yaxınlaşmaq çox çətindir" ifadəsi yer alıb. Hərraca çıxarılan məktubda Eynşteyinin dostuna məşhur nəzəriyyələri haqqında bəhs edib. Auksionun təxminən 60 min ABŞ dollar və ya təxminən $ 210,000 olacağı güman edilir.
Ermənistanda tələbələr etiraz aksiyası keçirir
Ermənistanın Şirak Dövlət Universitetinin tələbələri etiraz aksiyalarına başlayıblar. Bu barədə universitetin müəllimi Qagik Hambaryan "Haykakan Jamanak" qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, tələbələrin etirazları hələ bir neçə gün davam edəcək. Universitetin rektoru Sahak Minasyan təvişə düşərək tələbələrlə danışıqlar aparmağa cəhd edib.
Miqrantları daşıyan gəmi batdı – Yunanıstanda
Yunanıstan Sahil Təhlükəsizlik Komandirliyi Meis adasından miqrantları daşıyan gəminin batdığını açıqlayıb. Olaylar bildirir ki, miqrantlardan 25 – i axtarış – xilasetmə əməliyyatları zamanı xilas edilib. Həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı qızın həyatını xilas rtmək mümükün olmayıb.
Misir Milli Kitabxanası və Arxvinin sədri Dr. Əhməd Şukinin iştirakı ilə tədbir keçirildi
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misir Milli Kitabxanası və Arxvinin sədri Dr. Əhməd Şukinin iştirakı ilə “Misirdə İslam memarlığının inkişafı (İslam fəthindən XIX əsrədək)” adlı mühazirə keçirilib. Səfirlikdən Olaylar – a bildirilib ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydi qonaqları salamladıqdan sonra Misirlə Azərbaycan arasında olan mədəni əlaqələrin inkişafından danışaraq bu əlaqələrin daha da genişlənməsi üçün aparılan işlər barədə məlumat verdi.
"Prezident İlham Əliyevin iqtisadi islahatlar siyasəti Azərbaycanın mövqeyini beynəlxalq reytinq cədvəlində möhkəmləndirib"
Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın reytinqdə 37-ci yerdən 35-ci pilləyə yüksəlməsi alqışlanası nəticədir. Bunu açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Prezident İlham Əliyev Mərkəzçi Demokrat İnternasionalın vitse-prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevsentyabrın 28-də Mərkəzçi Demokrat İnternasionalın vitse-prezidenti Mario Davidi qəbul edib.
Miqrasiya Xidməti regionlarda maarifləndirmə tədbiri keçirir
Dövlət Miqrasiya Xidməti Ağsuda “Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi qaydaları” mövzusunda hüquqi maarifləndirilmə tədbiri keçirib. “OLAYLAR”-ın xəərinə görə, tədbirdə ölkədə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı məsələlərdən danışılıb.
“Azəravtoyol” təkzib etdi
“Ötən gün bəzi informasiya saytlarında guya "Azəravtoyol" İstehsalat Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışan Vüqar Bəndalı oğlunun separatçı Kürdüstanın "müstəqillik" referendumuna açıq dəstək nümayiş etdirməsi ilə bağlı xəbərlər yayılıb. Təəsüflər olsun ki, bu cür məlumatın yayılmasına baxmayaraq onu tirajlayan heç bir media qurumu “Azəravtoyol” ASC ilə məlumatın doğru olub-olmadığını dəqiqləşdirməyib”.
Ərinin tanışını bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb. Orada yaşayan Gülnar Mirqasım qızı Məmmədova aralarında yaranmış mübahisə zəminində ərinin tanışı, Azad Əmir oğlu Quliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən G. Məmmədova saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qənirə Paşayevanın Reyhanlıda Qarabağ parkı və Azərbaycan küçəsi təklifi dəstəklənib
Qarabağ və Türk dünyası ilə bağlı konfranslar keçirmək üçün Türkiyədə səfərdə olan millət vəkili Qənirə Paşayeva Suriya sərhədində yerləşən Reyhanlı bölgəsində də olub və Reyhanlı bələdiyyə başçısı Hüseyn Şanverdi ilə görüşüb.
Azay Quliyev: “Xristian missionerlər Azərbaycanda təhlükəli fəaliyyət göstərirlər”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputatAzay Quliyev Azərbaycanda xristian missionerlərinin təhlükəli fəaliyyət göstərdiyini bəyan edib. Məlumata görə, A. Quliyev Bakıda keçirilən "Qeyri- hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru" adlı konfransda deyib ki, onlar xüsusən gənclər, hərbi çağırışçılar arasında təhlükəli təbliğat aparırlar.
Mübariz Qurbanlı: "Əminəm ki, İmam Hüseyn əzadarlığı dinimizə uyğun olacaq"
"Məhərrəm ayı başlayandan Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olmayan hərəkət qeydə alınmayıb". Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O qeyd edib ki, İdarəsinin fətvasında ay ərzində keçiriləcək tədbirlərlə bağlı bütün məsələlər qeyd olunub: "Əminəm ki, bu ay heç bir insident qeydə alınmayacaq. İmam Hüseyn əzadarlığı dinimizə uyğun keçiriləcək".
Türkiyənin müdafiə naziri: "Azərbaycan torpaqları gec-tez Ermənistanın işğalından azad olunacaq"
"Azərbaycan torpağı olan Qarabağın işğaldan azad olunması vacibdir". Məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib. O bildirib ki, Azərbaycan torpaqları gec-tez Ermənistanın işğalından azad olunacaq. "Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Azərbaycanla Türkiyə ən çətin anlarda xarici dövlətlərdən silah almaq məsələsində problemlərlə üzləşib. Ona görə də müdafiə sənayesi sahəsində də səyləri birləşdirməliyik", - deyə N. Canikli qeyd edib.














